GÜNƏŞSİZ DÖNƏMƏ QARŞI BİR ŞAM QƏDƏRİNDƏ MÜQAVİMƏT…
Tarix: 21-11-2012, 10:48 | Çap et
DEMİRƏM Kİ, SKİNXED SAXLAYIN...DİA.AZ: - Başlayıblar. Vətənimi hədəfə alıblar. Olacaqdı. Gözlənilən idi. Hər zaman əvvəlki kimi olmalı deyildi ki…
Bizim məmurlar düşünürdü ki, onlar ancaq yeyə bilərlər və Azərbaycanımın üzərində qurduqları ziyafət masası əbədi olacaq. İndi isə bədəl ödəmə zamanıdır.
Rusiya bir yandan, İran da bir yandan hədəfə alıb. Yenə də yetim Azərbaycanım ortada qalıb. Özünü Şirxanın yanındakı çaqqal kimi hiss edən tulalar Azərbaycan türkünün olan-qalan dövlətinin dibini qazmaq fikrinə düşüblər. «Mauqli»dəki kimi «a mı idyom na sever» deyib Şimaldan gələn buyruqları icra edirlər.
Kim çıxacaq onların qarşısına? İşi-gücü yalnız dövlət büdcəsindən gənclər siyasətiylə bağlı ayrılan pulları yeyib-dağıtmaq olan, gəzməli-görməli yerlərdə kef edib, millətə həqarət etmək olan YAP-çı gənclərmi? Yoxsa hər mitinqdə qol-qanadı sındırılan müxalifətçi gənclərmi?
Gəlirlər onlar. Üstümüzə qaldıran qaldırır, hürdürən hürdürür. Köpəklərin qənimi hər zaman qurd olub.
Bizdə isə illərdir vətənini, millətini sevən Boz Qurdlar əzilib. İllərdir bizi dar bir köşəyə çəkilməyə qədər sıxıblar, əziblər. Başlar qalxanda ilk olaraq bizim başımızdan vurublar ki, BİZ DAHA TƏHLÜKƏLİYİK…
Amma anlamayıblar ki, bizim təhlükəliliyimizdən bu millətə və vətənə heç bir zaman zərər gələ bilməzdi. Bizi son nəfərimizə qədər əzdilər.
Bu gün bizlər hardayıq. Hərəmiz bir ünvanda. AzTV-də çalışanımız da var, Kəmaləddin Heydərovun çətiri altına sığınanımız da. Əli Həsənovun buyruqları ilə oturub-duranımız da var, qara fəhləlik edənimiz də. Amma halbuki bizlər yalnız və yalnız bu millətə qara fəhləlik üçün yola çıxmışdıq.
Bizi təhlükə kimi görənlər ilk başdanca bizi əzdilər və bu gün bizim ehtiyacımızdadırlar. Bir zamanlar var olmuş, amma indi pərən-pərən düşmüş Türk Millətçi Gənclər Təşkilatından danışıram.. Bir zamanlar üzvü olduğum təşkilatdan…
***
Deyirlər ki, dekabrın 21-ində dünya qaranlığa qərq olacaq. Hərə bir şam alır. Azərbaycan da dünyanın bir parçasıdır. Amma dünya qaralmasa, qaranlığa qərq olmasa belə, Azərbaycanı qaraltmaq, qaranlığa qərq etmək istəyənlər var.
Bilirsinizmi ki, özünümüdafiə instiktindən çıxış edən insanların Günəşin olmayacağı zülmətə qarşı bir şamla mübarizə aparması nəyə bənzəyir? Yəni bu o deməkdir ki, Allah insan oğlunu heç bir zaman ümidsiz qoymur. Bir şam qədərində olsa belə, insanlar ümid edirlər. Hətta Günəşə alternativ olaraq şamı görürlər…
Elə isə, Siz ey cənab yetki sahibləri, bu milləti qaranlığa qərq etmək istəyənlərə qarşı bir şamlıq da olsa tədarük görmək zorundasınız…
Məhəmməd ƏRSOY
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
|