RƏSMİ MƏTBUATDAN İLGİNC ETİRAF
Tarix: 29-11-2012, 13:28 | Çap et
RUSİYA AZƏRBAYCAN PREZİDENTİNƏ TƏZYİQ EDİRNoyabrın 29-da rəsmi dövlət qəzeti “Azərbaycan” Rusiyadakı bəzi dairələrin Azərbaycan prezidentinə təzyiq göstərdiyini yazıb. “The İndependent” Azərbaycan prezidentinə nə üçün qara yaxır?” sərlövhəli yazının müəllifi jurnalist İbrahim Məmmədovdur (Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini).
İbrahim Məmmədov yazır ki, bir neçə xarici qəzet Azərbaycan hakimiyyəti, konkret olaraq prezident İlham Əliyev və ailəsi haqda ardıcıl qaralama xətti tutub: “Bu sahədə Britaniyanın "The İndependent", "Daily Mail", "Mail on Sunday" qəzetləri xüsusi olaraq diqqəti cəlb edir və eyni "arqumentlər"lə dalbadal məqalələrin dərci heç kimdə bütün bunların sifariş olmasına şübhə yeri qoymur. Əgər eyni fikirlər və "arqumentlər"lə bir il davamlı olaraq yazılar yazılırsa, bunda məqsədin oxucuları məlumatlandırmaq deyil, təzyiq göstərmək olduğu açıq-aşkardır.
Kiçik araşdırma maraqlı bir faktı ortaya qoydu. "The İndependent" 2010-cu ildə KQB-nin keçmiş zabiti, hazırda Londonda yaşayan Aleksandr Lebedevə satılıb. O həm də Azərbaycanın düşməni olmasını heç vaxt gizlətməmiş Mixail Qorbaçovun yaxın adamıdır. Lebedev Qorbaçovla birlikdə Moskvada nəşr olunan "Novaya qazeta"nın sahibidir. Yəni birgə biznesləri var. Ancaq Qorbaçov-Lebedev birliyi təkcə "Novaya qazeta"da həmmülkiyyətçiliklə bitmir. Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Raisa Qorbaçova Fondunda da sədrlik edir. Bu isə artıq əlaqələrin ciddi siyasi və şəxsi bağlarla ilgiləndiyini deməyə əsas verir.
Ancaq Aleksandr Lebedevin Rusiyadakı biznes və siyasi əlaqələri heç də Qorbaçov səviyyəsində məhdudlaşmır. O, Rusiya Dövlət Dumasının üzvüdür. Onun şirkəti olan NRB hətta "Qazprom" kimi nəhəngin və belə bir neçə Rusiya şirkətinin aksiyalarının əhəmiyyətli hissəsinin sahibidir. Təkcə "Qazprom"da əhəmiyyətli payının olması faktının özü Lebedevin Rusiyanın siyasi və biznes elitası ilə əlaqələrinin çox sıx olduğunu deməyə kifayət edərdi. Ancaq daha bir ciddi faktı əlavə etməmək yanlışlıq olardı. Lebedevin NRB-si Rusiyanın nəhəngi olan "Aeroflot"da həcminə görə dövlətdən sonra ikinci böyük aksiyalar paketinə malikdir. Bir qədər konkretləşdirək: "Aeroflot"un səhmlərinin 20 faizi Aleksandr Lebedevin sahibi olduğu şirkətə məxsusdur.
Onun Berezovskiyə münasibəti də diqqəti cəlb edir. Məsələn, o "The Times"a verdiyi müsahibədə deyib ki, keçmiş SSRİ-dən milyardlar oğurlamış fırıldaqçıların Londonda məskunlaşmasının qarşısının alınmasını istəyir: "Onlar bura gəlib deyirlər ki, guya öz ölkələrində müxalif baxışlarına görə təqib olunurlar".
Görünür, elə bu və başqa məqsədlərlə Lebedev "The İndependent" qəzetini alır və qəzet vasitəsilə daşıyıcısı olduğu siyasi ideyaları Böyük Britaniya cəmiyyətinə sırıyır. Odur ki, "The İndependent" qəzetində Azərbaycanın qaralanması heç də bəzi Azərbaycan mətbuatında iddia edildiyi kimi "Qərbin Azərbaycana münasibəti", "demokratik dünyanın baxışları", "Avropa ilə Azərbaycanın arasındakı ziddiyyətlərin təzahürü" və s. deyil. Bütün bunların hansı məqsədlərə xidmət edə biləcəyi haqda son dövrün hadisələri kontekstində xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur”.
“Azərbaycan”dakı yazıda deyilir ki, Aleksandr Lebedev "Daily Mail" və "Mail on Sunday" nəşrlərinin daxil olduğu qrupla da birgə biznes əlaqələrinə malikdir: “Bəs Aleksandr Lebedevin, özü də rusiyalı milyarder, Rusiya Dövlət Dumasının üzvü, yalnız enerji deyil, həm də siyasi nəhənglər olan "Qazprom"un və "Aeroflot"un səhmdarı, Mixail Qorbaçovun yaxını olan keçmiş KQB zabiti Aleksandr Lebedevin sahibi və sıx biznes əlaqəsi olduğu nəşrlərin şəxsən prezident İlham Əliyevi hədəfə alması təsadüf sayıla bilərmi? Yaxud bu Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq ifadəsi ola bilərmi? Bəlkə onu dostu Mixail Qorbaçovla birlikdə Azərbaycan xalqının xoşbəxt gələcəyi narahat edir? Təbii ki, yox!
İlk ağıla gələn versiya isə Rusiyadakı bəzi dairələrin Azərbaycan prezidentinə təzyiq göstərməsi versiyasıdır. Bu təzyiqin Rusiya qəzetlərində deyil, məhz Britaniya qəzeti vasitəsilə həyata keçirilməsinin isə uzağa gedən məqsədləri var. Əvvəla, Britaniya qəzetlərinin təsir imkanları daha böyükdür. Başqa tərəfdən, bununla sözügedən dairələr Avropa ictimaiyyətini də öz təzyiqinin rıçaqlarından birinə çevirməyə cəhd edirlər. Ona görə ki, Avropa Azərbaycanın strateji inteqrasiya siyasətinin istiqamətidir. Buradan ikinci versiya doğur. Deməli, məqsəd Avropada Azərbaycan prezidentinə münasibətdə mənfi rəy formalaşdırıb Azərbaycanın Avropaya yolunu bağlamaqdır. Buna nail olunarsa, Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütməsi üçün məkan xeyli daralmış olacaq. Avropaya yolu bağlandığı təqdirdə isə Azərbaycanın Şimaldan təzyiqlər qarşısında müqaviməti zəifləyə bilər.
Bir məsələni də diqqətdən kənarda qoymaq mümkünsüzdür. Bu elə bu günlərdə Milli Məclisdə TANAP-la bağlı sazişin ratifikasiya edilməsi və prezident İlham Əliyevin onu təsdiqləməsidir. Lebedevin səhmdarı olduğu "Qazprom" isə bu ilin dekabrında "Cənub axını" qaz kəmərinin tikintisinə başlamağı planlaşdırır.
Çox mühüm versiyalardan biri isə Aleksandr Lebedevin Mixail Qorbaçov, sonuncunun isə ermənilərlə sıx əlaqədə olmasıdır. Hətta Azərbaycanın qatı əleyhdarı, Dağlıq Qarabağ separatçılarının dəstəkçisi olmuş, yaşlı nəslin yaxşı tanıdığı Georgi Şaxnazarov həyatının sonunadək Qorbaçov Fondunun direktoru olmuşdu. Aleksandr Lebedev isə Qorbaçov Fondu ilə birlikdə 2006-cı ildə Londonda Raisa Qorbaçova adına Beynəlxalq Fondu təsis edib. Odur ki, Azərbaycan prezidentinin hədəfə alınmasının arxasında Azərbaycana düşmən olan qüvvələrin durması şübhə doğurmur!
Bu, açıq-aydın siyasi və biznes məqsədləri ilə Azərbaycan prezidentinə təzyiq göstərilməsidir!!! Özü də bu təzyiq Britaniyadan deyil, Rusiyadakı anti-Azərbaycan dairələrdən yönəldilir. Sadəcə, Londondan bəyan edilir. Dünyanın indiki siyasi vəziyyətində isə coğrafiya əsl məskunlaşma ünvanını ifadə etmir. Başqa sözlə, bu məsələdə nominal ünvanla real ünvan nəinki fərqlidir, hətta bir-birinə tərs mütənasibdir. Ona görə tərs mütənasib ki, Britaniya qəzetinin rusiyalı milyarder və keçmiş KQB zabitinin maraqlarını ifadə edən siyasi yazılar dərc etməsi Britaniyanın da maraqlarına ziddir. Buna Azərbaycan folklorunda "ilanı seyid Əhməd əli ilə tutmaq" da deyirlər”. \ "Media forum" \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
|