MİLLƏT VƏKİLİ QAN BATIRIR
Tarix: 17-12-2012, 12:40 | Çap et
MƏRHUMUN YAXINLARI ÇARƏSİZ QALIBÖldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdır; Məhz deputatın əlaqələri nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə «öldürmüşük, əcəb etmişik», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir…
2011-ci il dekabrın 14-də Billəsuvarın Ovçubərə kənd sakini Həşimov Səttar Həşim oğlu öz həmkəndlisi Mikayılov Nazim Allahşükür oğlu tərəfindən güllələnilib. Yaralı rayon xəstəxanasına gətirilib və 13 gündən sonra Bakıda Respublika Kliniki Xəstəzanasında keçinib. Mərhumun qatilinə isə bu yaxınlarda məhkəmə tərəfindən 1 il 6 ay həbs cəzası verilib. Bu barədə PİA.AZ-a müraciət edən mərhum Həşimov Səttar Həşim oğlunun yaxınları bildiriblər ki, iki güllə yarası alan və bundan sonra vəhşicəsinə döyülən Səttarın qanını batıran şəxslər Biləsuvar Ovçubərə kəndinin ərazi nümayəndəsi Ağaddin Mikayılov, Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlıdır.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Səttar Həşimov qıçından iki güllə yarası alıb və Biləsuvar Mərkəzi Xəstəxanasında yatdığı 10-gün müddətində huşu başında və tam anlaqlı vəziyyətdə olub. Buna baxmayaraq bu müddət ərzində rayonun hüquq mühafizə orqanları zərəçəkmişdən heç bir izahat almayıblar. Baş verən hadisəni isə zərərçəkmiş və mərhum Səttar Həşimov yaxınlarına deyib ki, Nazim Mikayılov onu güllə vurduqdan sonra səhv etdiyini anlayıb və həyətinə gətirərək yaralarını sarımağa çalışıb. Bundan sonra isə Nazimin atası Allahşükür, əmisi Ağaşükür, əmisi oğlu Məhəbbət hadisə yerinə gəliblər. Allahşükür Mikayılov (bu şəxs Ovçubərə kənd ərazi nümayəndəsinin müavinidir, yəni Ovçubərə kəndində dövlət hakimiyyəti bir ailənin əlində toplanıb) əmisi oğlu, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılovu hadisə yerinə çağırıb. Hadisə yerinə gələn Ağəddin Mikayılov isə yaralıya işgəncə verməyə başlayıb. Mərhum öz yaxınlarına billdirib ki, Ağəddin Mikayılov onun daxili orqanlarına təpiklə ağır zərbələr endirib və bundan sonra aldığı zərbələrdən mərhum huşunu itirib. Mərhum bunun səbəbini isə tez-tez Ağəddin Mikayılovun özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı rayon rəhbərliyinə və Bakıda əlaqədar orqanlara şikayət etməsi ilə bağlayıb.
Məlumatda bildirilir ki, mərhum Səttar Həşimov alıdğı güllə yaralarından deyil, məhz iç orqanlarının ağır zədələnməsi nəticəsində dünyasını dəyişib və ona bu zərbələri endirən şəxs isə məhz Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov olub. Ona görə də mərhumun qohumları hesab edirlər ki, Səttar Həşimovun qatili Nazim Mikayılov deyil, onun əmisi oğlu, Ağəddin Mikayılovdur. Şikayətçilər onu da qeyd edirlər ki, Nazim Mikayılova əvvəl Azərbaycan CM-nin 132-ci, adam döymə maddəsi ilə iş açdılar. Dünyasını dəyişəndən sonra isə yüngül xəsarət yetirən şəxs kimi onun işini 132-ci maddəni 127-yə dəyişdilər. Qanunsuz tüfəng gəzdirmə, tüfənglə atəş açıb qəsdən adamöldürməyə cəhd və digər məqamlar istintaq dönəmində və məhkəmə iclasında nəzərə alınmayıb. Şikayətçilər həmçinin qeyd edirlər ki, rayon xəstəxanasından müvafiq sənədləri ala bilmirlər. Klinik xəstəxanadan onlara verilən rəydə isə qeyd olunub ki, mərhum 2 güllə yarası alıb. Məlumatda bildirilir ki, nümayişkaranə şəkildə insanı güllələyən, ona işgəncə verən şəxslərin arxayınçılığı səbəbsiz deyil. Çünki qatil Nazim Mikayılov məşhur xanəndə, şoubiznesin «dayı»sı Teymur Mustafayevin bacısı oğludur. Onun əsil qatili, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov isə millət vəkili Xanhüseyn Kazımlıya arxalandığından heç kimi saymır və açıq-aşkar deyir ki, öldürmüşük, əcəb eləmişik. Şikayətçi tərəf qeyd edir ki, Azərbaycan Prezidentinə, Daxili İşlər nazirinə, Baş Prokurora, MT nazirinə və digər əlaqədar təşkilatlara müraciət etsələr də, bir çox rəsmilərin, o cümlədən, rayon rəhbərlərinin qəbulunda olsalar da, şikayətlərinə baxan yoxdur Məlumatda Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov haqqında geniş məlumat verilir. Bildirilir ki, Ağaddin Mikayılov 2007-ci ilin oktyabrından Ovçubərə kəndində ərazi nümayəndəsi işləyir. Ağaddin Mikayılov ixtisasca alim-aqronomdur. Əvvəllər kolxozda aqronom-entemoloq və sədr müavini vəzifələrində çalışıb. İşlədiyi dövrdə dəfələrlə töhmət və şiddətli töhmətlər alıb. O, 1999-cu ildə, bələdiyyə seçkiləri zamanı kənd bələdiyyəsinə üzv seçilib.
Lakin bələdiyyə üzvləri ilə yola getmədiyinə görə 8 nəfər bələdiyyə üzvünün iştirakı ilə 29 mart 2001-ci ildə ona şiddətli töhmət verilib. Bələdiyyə üzvləri, eləcə də yerli sakinlər arasında nüfuzunu itirdiyi üçün növbəti bələdiyyə seçkilərində namizədliyini versə də, seçicilər ona səs verməyib. Lakin A. Mikayılov xalqın səsi ilə kəndə rəhbər gələ bilməsə də, icra başçısının sərəncamı ilə bu kəndin ərazi nümayəndəliyini ələ keçirib. 2004-cü ildə Ağaddin Mikayılov adam döymək üstündə həbs olunub və haqqında məhkəmə qərarı qüvvəyə minib. Məhkəmə Mikayılova Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən şərti cəza verib və əmək haqqının 10 misli dövlət nəfinə tutulmaqla cəzalandırılıb. Qeyd olunur ki, Ağaddin Mikayılov hazırkı ərazi nümayəndəsi vəzifəsinə öz dədə malı kimi və gəlir mənbəyi kimi baxır. Belə ki, müavini, əmisi oğlu, Səttar Həşimovu tüfənglə iki dəfə atəş açaraq yaralamış Nazim Mikayılovun atası Allahşükür Mikayılovla birləşərək, onun adına şişirdilmiş rəqəmlərlə əkilməyən torpaqları sənədləşdirərək əkinə görə külli miqdarda pul yardımını mənimsəmişdir. Bunu bilən kənd sakini İmanverdi Ağayev rayon rəhbərliyinə rəsmi məlumat verib. Rayon İcra Hakimiyyəti öz nümayəndəsinin bu qanunazidd əməllərinə göz yumsa da, prokurorluq məsələyə daha ciddi yanaşaraq qanunsuz yolla mənimsənilmiş pulu dövlət büdcəsinə ödətdirmişdir. Hazırda isə bu adam kənddə at oynadır. Asdığını asır, kəsdiyini kəsir, öldürdüyünü də öldürür. Bütün bunlara isə ona görə cəzasız həyata keçirə bilir ki, Ovçubərə kənd ərazi nümayəndəsi Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlının yaxın adamdır. Bildirilir ki, öldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdr. Məhz deputatın əlaqələri və müəyyən orqanlardan xahiş etməsi nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə «öldürmüşük, əcəb etmişik», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir. ikayətçilər iddia edirlər ki, Ağəddin Mikayılov hər həftə sonu Xanhüseyn Kazımlı ilə görüşmək üçün Bakıya gəlir. Bildirilir ki, 2010-cu il seçkilərində Xanhüseyn Kazımlının xeyrinə seçkinin nəticələrini saxtalaşdırmaq üçün Akif Kazımov və Ağəddin Mikayılov çox böyük «işlər» görüblər. Ona görə də millət vəkili Ağəddin Mikayılovun bir sözünü iki eləmir. Məlumatda o da qeyd olunur ki, Ağəddin Mikayılovun əsas hamisi , Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovdur. Vəziyyət hətta o yerə çatıb ki, bir çox cinayətlərdə adı hallanan Ağəddin Mikayılov Biləsuvarın İcra başçısı Mahir Quliyevi belə saymır. Xatırladaq ki, Ağəddin Mikayılov bir neçə həftə əvvəl ondan şikayət edən Ovçubərə kənd sakinlərinə: "Gedin mətbuata və dövlət qurumlarına etdiyiniz şikayətlərdə yazın ki, Ağaddın Mikayılov qazandıqlarını icra başçısına verir. Bəli, mən bu pulları dədəmə vermirəm, 90 %-ni Mahir Quliyevə yedizdirirəm". Məlumatda bildirilir ki, Ağaddın Mikayılovun bu sözləri mətbuatda dərc olunduqdan sonra icra başçısı Mahir Quliyev onu cəzalandırmaq istəsə də, Akif Kazımovun və Xanhüseyn Kazımlının öz sevimlilərini müdafiə etdiklərinə görə, icra başçısı öz nümayəndəsinə heç bir şey edə bilmir. Hazırda Ovçubərə kəndində Mahir Quliyevin sözü qətiyyən keçmir və bu kənddə Akif Kazımovun və Xanhüseyn Kazımlının dəstəyi ilə Ağaddın Mikayılovun tiraniyası hökm sürür. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
|