Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                 

MASALLIDA FIRILDAQÇI DƏSTƏ PEYDA OLUB
Tarix: 24-02-2013, 15:11 | Çap et
MASALLIDA FIRILDAQÇI DƏSTƏ PEYDA OLUB
ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Bu il fevralın 15-də redaksiyamıza Masallı rayonunun Banbaşı kəndindən bir neçə orta yaşlı qadın gəlmişdi. Onların şikayəti Köhnə
Alvadı kəndindən bura gəlin gələn 27 yaşlı Məmmədova Ramilə İdris qızından və onun qardaşı molla Ələddindəndir.

Şikayətçilərin dediklərini onların öz dilindən təqdim edirik.
Əliyeva Gülqız Hidayət qızı:
- Banbaşı kəndində yaşayıram. Evdar qadınam, işləmirəm. Məmmədova Ramilə İdris qızı bir neçə il öncə Köhnə Alvadı kəndindən bizim Banbaşı kəndinə gəlin köçüb. 27 yaşı var, 3 uşaq anasıdır, bacısı mənim ilə qonşudur, Anar adlı şəxsin həyat yoldaşıdır. Qardaşı Ələddin də kənddə mollalıq edir.
Ötən ilin əvvəlində o, qonşum olan bacısı Nüşabəni götürüb bizə gəlmişdi. Ramilə mənə dedi ki, bacıma pul lazımdır. Qardaşı İrana gedib-gəldiyi üçün ona pul yığır. Məqsəd də odur ki, bizdə olan rus qızılı İranda bahadır. Onlar da bu qızılları toplayıb İranda baha satacaq, bunlar da qazanacaq, biz də. Məndən də qızıl və yaxud qızıl almaq üçün bir qədər əlavə pul istədi. Mən cavabında bildirdim ki, məndə qızıl yoxdur, amma pul var. Ona həmin gün 2 min manat pul verdim. Sonrakı günlər yenə də bizə gəlib əlavə pullar istədi. Üst-üstə 18000 manat pulumu aldı. Oğlumun biri müəllim işləyir. O biri oğlum da çörək qazanandır. Bütün bu vəsaiti isə oğlumu evləndirmək üçün toplamışdım. Onu da deyim ki, özüm 17 ildir bazarda xırda alveri edirəm. Yoldaşım pensiyaçıdır. Əlimdə olan bütün pulu verdim, indi qalmışam boşda. Oğlanlarımın yaşı 25-i keçib, evlənmək vaxtlarıdır. 80 baş qoyunu da biri 150 manatdan satıb toya hazırlaşırdım. Qoyunların pulunu və evdə qalan olan-olmaz pulu da məndən aldılar.
14 may 2012-ci ildə isə gəlib dedi ki, Gülqız xala, təcili qızıl lazımdır, qardaşım çıxacaq. Mən də gətirib öz oğlumun adına aldığım 34.2 qram qızılı da verdim ona. Mən özüm pensiya kartların qoyub 3 bankdan kredit götürmüşəm. Seyfullayeva Gülnaz Hüseyn qızı: - Banbaşı kəndindənəm, evdar qadınam. Yoldaşım rəhmətə gedib. Ailə başçısı özüməm. Uşaqları özüm saxlayıram. Şikayət eləmədiyimiz yer qalmayıb. Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə getmişik. Məndən 50 min manatlıq rus qızılımı alıb. 9 şahidim var. Mən 9 ildir ki, səyyarı alver edirəm. Özü mənimlə 2 ildir ki, qonşudur. Özünü o qədər mehriban, canayaxın aparmışdı ki, ona hədsiz dərəcədə inanırdım. Mən inanmazdım ki, belə gənc, 3 uşaq anası belə fırıldaqçılıqla məşğul ola. Qapımıza həyat yoldaşı ilə birgə gələrdi. İndi həyat yoldaşı deyir ki, onunla bacarmıram, tutdurun. İndi həyat yoldaşı Rusiyadadır. Deyir ki, mən ona yiyə durmuram, amma Rusiyadan qayıdanda yoldaşı ilə birlikdə olur.
Mən özüm ağır xəstəyəm, güclə danışıram. Ramilənin anası Səbircahan Məmmədova da bu yolun adamı olub. 35-40 yaşlarında Ramilə kimi belə əməllərlə məşğul olub. Qızı da baxıb anasına, olub onun tayı. Səbircahanı o vaxtı belə əməllərinə görə təndirə atırmışlar, ona olmaz təzyiq etmışdilər.
Mən özüm 9 ildir ki, qızıl alveri ilə məşğulam. 1 nəfər məndən narazı qalmayıb. Halal haqqımı yığmışam. Ramilə də gəlib bütün qızıllarımı aldadıb apardı. Guya mənə mənfəət verəcək.
O, qardaşı molla Ələddinlə əlbir olub və bu fırıldaqları törədib.

Abdullayeva Şahnisə Səfər qızı:
- 53 yaşım var. 1-ci qrup əliləm. 6 min manatlıq qızılımı aldı. Dedim ki, birdən anan kimi aldadarsan ha.
Əri Anar dedi ki, ölərəm, o pulu qaytararam.
Sonra öyrəndim ki, Ramilənin molla qardaşı Ələddin Bakıda həmin pula ev alıb. Bu iş 9 aydır gedir. İşə əməlli-başlı baxmırlar. Babək Həsənov adlı biri var idi. Bu işi ədalətlə araşdırmadığı üçün onu işdən çıxartdılar. Qardaş, işə baxmaq istəmirdilər. Biri bir toyuq oğurlayanda, nə böyüklükdə həngamə yaradırlar. 100 min manatlıq pul mənimsənilib. Araşdırmaq istəmirlər. O vaxtı gördülər ki, özümüzü yandırmaq istəyirik, başladılar cinayət işi açmağa. İndi iş Masallı Rayon Polis Şöbəsinin əməkdaşı Nizami Canıyevdədir.
İnanmadıq ki, həmişə əlində Quran olan, kəndin ölülərini yerdən götürən şəxs belə fırıldaqçılıqla məşğul ola.
Digər kənd sakini Ağanisə Adıgözəlov bildirdi ki, bu qadın ondan 14 min manatlıq qızıl alıb. Babayeva Xavər isə həmin qadının ucbatından 6 min manat ziyana düşüb.
Qadınlar bildirdilər ki, aldadılan təkcə onlar deyil. Onlardan əlavə bu Ramilə 20-yə yaxın şəxsdən kiçik məbləğlərdə pul çırpışdırıb.
Daxili işlər Nazirliyində bir neçə şəxsin qəbulunda olandan sonra bu işi araşdırmağa başladılar. Masallı rayon prokuroru Fikrət müəllim deyir ki, mən deməmişdim ki, pullarınızı aparıb verin onlara. İcra başçısının 1-ci müavini isə bizə iztehza edir ki, desəydik, məktəbə bir xalça alın, almazdınız.
Bax, belə. Qalmışıq çabalaya-çabalaya. Bu qədər adamın borcunu necə verəcəyik. Özümü öldürməkdən başqa əlacım yoxdur. Onsuz da şikayətə baxan yoxdur. Yiyəsizlikdir. Neyləmişik? İnsan alveri, ya bəlkə, başqa oğurluqla məşğul olmuşuq? Niyə belə fırıldaqçılar ifşa olunmur, cəzalandırılmır? Niyə polis, prokurorluq belələrini himayə edir?

Redaksiyadan: Biz yazıda adları hallanan şəxslərlə əlaqə yaratmaq istəsək də, onların telefonları cavab vermədi. Amma onları da dinləməyə hazırıq.
Oxuculara isə məlumat üçün bildirək ki, artıq belə fırıldaqçılıq kütləvi hal almaqdadır. Hazırda Masallı rayon məhkəməsində 30 nəfərə yaxın şəxsin ünvanlı yardım, pensiya və sair adlarla aldadıb pulunu alan gənc qadının məhkəmə prosesi gedir. İş o həddə çatıb ki, tibb işçiləri də belə işlərlə məşğul olur. Ağ ciyər xəstəlikləri şöbəsinin həkimi, baş həkimin yaxın adamı olan həkim hətta Bakıdakı müəllimləri aldadıb. Elə həmin Banbaşı kəndindən bir qrup gənc QHT adı ilə min bir oyun çıxardıb. Biz bu materialları araşdırdıqdan sonra yaxın vaxtlarda sizə təqdim edəcəyik. \ CENUBXEBERLERİ.COM \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru