Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                 

ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
Tarix: 28-03-2013, 14:43 | Çap et
ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
KEÇMİŞ BAŞ PROKURORUN MƏKTUBU TƏLAŞLA QARŞILANIB

DİA.AZ: - Ötən ayın ortalarında sabiq Baş prokuror, Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqqında ilginc məlumat yayıldı. Məlum oldu ki, cənab Həsənov tutduğu postdan geri çağırılması üçün prezidentə müraciət edib. Bu haqda elə səfirin özü məlumat verdi.

Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən Eldar Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib: “Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər üç ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir».

Qeyd edək ki, Eldar Həsənovun hələ ölkənin Baş prokuroru olduğu dövrdən hakimiyyət daxilində bəzi güclü qruplar və iri ranqlı şəxslərlə ixtilafının olduğu sirr deyil. Elə onun gözlənilmədən həmin görəvdən alınaraq «diplomatik mühacirət»ə göndərilməsi də sabiq Baş prokurorun iqtidar içindəki rəqiblərinin işi sayılırdı.

Eldar Həsənov diplomatik fəaliyyətlə məşğul olduğu illər ərzində onun dəfələrlə Bakıya qayıtmaq istəməsinə dair məlumatlar yayıldı, hər dəfə də bu məlumatlar təkzib edildi. Amma birdən-birə onun öz dilindən səfir postundan geri çağrılması yönündə müraciət etməsi barədə xəbərin yayılması əvvəlki illərdə yazılanların doğruluğunu təsdiqləmiş oldu. Sadəcə, görünür, sabiq Baş prokuror yaxın ətrafı vasitəsilə bu cür xəbərlərin dövriyyəyə buraxılmasının effektsizliyini anlayıb və birbaşa özü müraciət etmək qərarına gəlib.

İndiyədək Həsənovun bu istiqamətdə gizli və aşkar cəhdləri rəqibləri tərəfindən əngəllənirdi. Onun üzərinə bir neçə ölkədə diplomatik missiyanı yerinə yetirmək tapşırığının qoyulması, işlərinin ağırlaşdırılması da onunla izah edilirdi ki, hakimiyyət daxilində sabiq Baş prokurorla ixtilafı olanlar onun gərgin çalışaraq başqa məsələlər barədə düşünməyə vaxt tapmamasını istəyirlər.

Amma görünən odur ki, sabiq Baş prokuror artıq bu durumdan yorulub və Bakıya dönmək qərarını qətiləşdirib. Onun haqqında danışılan müraciəti razılaşdıraraq etdiyi ehtimalı da çox güclüdür. Belədə isə Eldar Həsənovun hakimiyyət daxilindəki rəqiblərinin ciddi əndişə və narahatlıq içərisində olmasını söyləmək artıqdır.

Üstəlik, nəzərə alsaq ki, Eldar Həsənov kimi təcrübəli adam heç vaxt ölkə rəhbərliyi ilə əvvəlcədən razılaşdırmadan etdiyi müraciəti ictimailəşdirməz, o zaman onun səfir postundan geri çağıralaraq başqa bir vəzifəyə təyin ediləcəyi barədə məlumatların əsassız olmadığını söyləmək olar. Amma hansı vəzifəyə? Bax əsas suallardan biri budu və çeşidli versiyalar var. Həmin versiyalar içərisində Eldar Həsənovun daha böyük bir ölkəyə səfir göndərilməsi ehtimalı çox aşağıdır. Çünki sabiq Baş prokurorun məhz Bakıda hansısa vəzifəyə təyinat almaq istəyində olduğu və həmin müraciətinin də bu istəkdən irəli gəldiyi bir həqiqətdir. Bəzi fərziyyələrə görə, mümkündür ki, o, Xarici Işlər Nazirliyində yüksək posta təyin edilsin. Başqa bir versiya da onun Prezident Administrasiyasında beynəlxalq şöbənin müdiri vəzifəsinə gətirilməsi ola bilər. Həsənovun Diaspora Komitəsinin rəhbərliyinə gətirilə biləcəyi də istisna olunmur.

DİA.AZ-ın “Unikal” qəzetinə istinadən verdiyi xəbərə görə, bütün bu fərziyyələrdən kənarda gerçəklik ondan ibarətdir ki, sabiq Baş prokurorun Bakıya qayıtmaq arzusu və bu arzunun reallaşma ehtimalının kifayət qədər yüksək olması onun rəqiblərində dərin narahatlıq yaradıb. Onların bu qayıdışa mane olmaq üçün əllərindən gələni edəcəyi şəksizdir; amma yuxarıda da vurğuladığımız kimi, Eldar Həsənovun məlum müraciətini ölkə rəhbərliyi ilə razılaşdıraraq ictimailəşdirdiyinə dair qüvvətli rəylər həmin mane olmaq səylərinin istənilən nəticə verəcəyinə inamı azaldır.

Həsənovun rəqiblərini xüsusilə o qorxudur ki, sabiq Baş prokuror payızda keçiriləcək prezident seçkilərindən sonra təşkil olunacaq yeni hökumət kabinetində daha yüksək posta gətirilsin. Bu isə onun iqtidariçi əleyhdarlarından intiqam almaq imkanlarını daha da gücləndirəcək.

Hər bir halda Eldar Həsənovun məlum müraciətindən sonra yaranmış situasiya elədir ki, onun rəqiblərində ciddi narahatlıqlar var və onların özləri belə, sabiq Baş prokurorun Bakıya qayıdışının reallaşacağı təqdirdə üzləşəcəkləri ağır vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bir zamanlar Bakıdakı yüksək karyerasına son qoymağı və ölkədən kənarlaşdırmağı bacardıqları adamın dönüşü onlar üçün arzuolunmazdır: çünki bu dönüşün ardınca öz rəqiblərindən qisas almaq əməliyyatının başlayacağına inam da güclüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru