![KEÇMİŞ İTV ŞEFİNİN QƏLƏMİNİ QIRMAYIBLARMIŞ KEÇMİŞ İTV ŞEFİNİN QƏLƏMİNİ QIRMAYIBLARMIŞ](/uploads/posts/2013-04/1366785350_0001.jpg)
İSMAYIL ÖMƏROVA PA-DA YÜKSƏK VƏZİFƏ VERİLƏCƏYİ XƏBƏRİ YAYILDI
DİA.AZ: - İctimai Televiziyanın Baş Direktoru vəzifəsinə seçkilərdə namizədliyini irəli sürməyincə hər kəs sabiq İTV rəhbğəri İsmayıl Ömərovun qələminin qırıldığı təsəvvürünə düşdü. Amma vəziyyət heç də belə deyilmiş. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlar tərəfindən ilginc faktlar ötürülüb.
Etibarlı mənbənin verdiyi xəbərə görə, İsmayıl Ömərovun sadəcə olaraq televiziyadakı karyerası başa çatıb və onun siyasi postlara irəli çəkilməsi planlaşdırılır. Mənbənin söylədikləri: «İsmayıl Ömərov kifayət qədər səriştəli bir telekanal işçisi olmaqla yanaşı, hakimiyyətin siyasi dəst-xəttinə hər zaman riayət etməsilə diqqətə gəlib. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi altında İTV-də seçkilər ərəfəsində keçirilən siyasi debatlar zamanı iqtidarın ümumi maraqları tam mənada ifadə olunub».
Mənbəmiz bildirir ki, bu səbəbdən İsmayıl Ömərovun hansısa hadisənin əsas götürülməsilə qələminin qırıldığını söyləmək doğru deyil: «Onun Prezident Administrasiyasında vəzifəyə gətirilməsi gözlənilir. Bu barədə ilkin danışıqlar da olub. Və PA-da Ramiz Mehdiyevə yaxın şəbəkənin zərərsizləşdirildiyi məqamda ilk vəzifə alanlardan biri də İsmayıl Ömərov olacaq».
Mənbəmiz onu da əlavə etdi ki, İsmayıl Ömərova kifayət qədər ciddi vəzifə veriləcək.