Tovuzda idarə rəisi sakinlərlə “vorzakon” dilində danışır - NARAZILIQ VAR...
Tarix: 11-08-2016, 10:26 | Çap et
“Gündəm Xəbər” qəzetinin 15-21 iyul 2016-cı il tarixli sayının 5-ci səhifəsində, Tovuz rayonu Qovlar qəsəbəsi A.Kazımov küçəsi ev-15 ünvanında yaşayan İsmayılov Yusif İsmayıl oğlunun üz-üzə qaldığı problemlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, qəsəbənin Şəhriyar küçəsində inşaasını başa çatdırdığı təkər təmiri sexini, dövlət reyestrində qeydiyyata salınmasına və həmin obyektə dair çıxarış əldə etməsinə çalışsa da, hələ ki, istəyi elə istək olaraq qalmaqdadır. Baxmayaraq ki, Yusif İsmayılovun inşa etdirdiyi obyektə dair Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti idarəsi səlahiyyətlisinin 14 aprel 2016-cı il tarixdə imzaladığı aktda qeyd olunur ki, “obyektdə elektrik qurğuları lazımi tələblər əsasında quraşdırılmışdır”. Bundan əlavə, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi cənab Hüsaməddin Mirzəyevin 06 aprel 2016-cı il tarixdə imzaladığı cavab məktubunda isə qeyd olunur ki, “Qovlar şəhəri Şəhriyar küçəsində yerləşən və Yusif İsmayılova məxsus təkər təmiri sexinin sağ hissəsindən keçən və 2 metrliyində olan 10 kv-luq yüksək gərginlikli elektrik verlişi xətti kabelləşdirilmişdir”. Belə bir dövlət qurumları tərəfindən rəsmi sənədlər verilsə də, təəssüflər olsun ki, bu gün də DƏDRXİ-i 15 saylı ərazi idarəsinin vəzifə sahibləri Yusif İsmayılov getgələ salmaqdadırlar. Diqqəti maraqlı bir olay da cəlb edir ki, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi Hüsaməddin Mirzəyev 06 aprel 2016-cı il tarixdə imzaladığı və Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki cənab Rəşad Əbilova təqdim olunan cavab məktubunda yazılıb ki, “Yusif İsmayılova məxsus obyektdə elektrik qurğuları lazımi tələblər əsasında quraşdırılmışdır”. Belə bir məzmunda yazılan və məktubun sonunda Hüsaməddin Mirzəyevin öz imzası olmasına baxmayaraq, bu gün həmin cavab məktubu elə idarə rəisinin özü tərəfindən də inkar olunur. Yəni, bu haqda “Gündəm Xəbər”ə təkrar şikayət ərizəsi ünvanlayan İsmayılov Yusif İsmayıl oğlu bildirir ki, “təqribən 15-20 gün bundan əvvəl həyat yoldaşımla birlikdə Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi Hüsaməddin Mirzəyevin qəbulunda olmaq istədik. Məqsədimiz Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisinə verilən cavab mətubundakı məzmunda, əlavə bir məktub əldə etmək idi. Həmin vaxt idarə rəisi bizə bildirdi ki, “tez kabineti tərk edin və sizə bildirirəm ki, həmin məktub bizlik deyil, məktuba da imzanı mən atmamışam” dedikdə, sanki şoka düşdük. Çünki, onun söylədiklərində həqiqət yox idi. Məhz ona görə ki, Hüsaməddin Mirzəyevin göstərişi əsasında mənə məxsus təkər təmiri sexinin sağ hissəsindən keçən və 2 metrliyində olan 10 kv-luq yüksək gərginlikli elektrik verlişi xətti kabelləşdirilən zaman, onlar bu işin müqabilində məndən 400 manat “şirinlik” aldılar. Amma, indi idarə rəisi imzasından imtina edir və həyat yoldaşımla birlikdə məni təhqir etməkdən də çəkinmir. Bu da o anlama gətirir ki, Hüsaməddin Mirzəyev Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsini sanki dədə malı hesab edir”. Bu zaman bizi düşündürən hal o olur ki, ölkə rəhbəri cənab İlham Əliyev keçirilən müşavirələrdə, digər tədbirlərdə daim hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir ki, “xalqla işləməyi bacarın, hər bir sakini dinləyin, onların problemlərinin həllinə çalışın” desə də, Hüsaməddin Mirzəyevin addımları isə, tamam başqa mətləblərdən xəbər verir. Çünki, Tovuz Elektrik Şəbəkənin də rəisi yerli vəzifə sahiblərindən biridir və verilən tapşırıqların ona da aidiyyəti var. Yusif İsmayılovun üz-üzə qaldığı problemi ictimailəşdirərək düşünürük ki, ölkə rəhbərinin vermiş olduğu tapşırığa sanki məhəl qoymayan, halal zəhməti ilə dolanışığını təmin edən Qovlar qəsəbə sakinini və onun həyat yoldaşını təhqir etməkdən çəkinməyən, bir növ onlarla “vorzakon” dilində danışan Hüsaməddin Mirzəyevin atdığı addımlarla bağlı, yəqin ki, onun tabe olduğu qurum rəhbərliyi tərəfindən lazımi ölçü götürüləcək. Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
|