BABA TAĞIYEVDƏN İLGİNC QİYMƏTLƏNDİRMƏ
Tarix: 23-07-2013, 14:27 | Çap et
““Ərəb baharı” dalğasında Misirdə baş qaldıran xalq etirazları Mübarək rejiminə son qoysa da, xalqın demokratik yolla seçdiyi şəxs hakimiyyətə gəlsə də, təəssüf ki, misirlilər bu tarixi qələbənin sevincini uzun müddət yaşaya bilmədilər. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “İrəli Azərbaycan” İctimai Birliyinin sədri, sabiq millət vəkili Baba Tağıyev deyib. Onun sözlərinə görə, özünün tarixi, mədəni ənənələri olan Misir üçün acı bir həqiqətdir ki, ilk dəfə demokratik yolla dövlət başçısı seçən misirlilər, onu sonadək qoruya bilmədilər. Xarici güclərin qurduğu məkrli ssenarilərin uğur qazanması ilə hakimiyyətdən salınan prezident Məhəmməd Mursi həbsə alındı: “Bəs Misir xalqının “bahar” sevinci niyə bu qədər qısa oldu? Nədən 40 illik diktatoru yola salarkən, mütəşəkkil şəkildə, az itki ilə proses uğurla başa çatdı. Amma indi, bir illik demokratik idarəçilikdən sonra ölkədə qanlı hadisələr baş verir, ordu xalqa silah qaldırır?
Mursinin ordu tərəfindən güclə devrilməsi heç də bundan sonra hadisələrin sakit bir məcraya yönələcəyindən soraq vermir, əvəzində proseslərin bundan sonra daha da qızışıb sonu görünməyən qanlı müstəviyə keçəcəyindən xəbər verir. Çünki, Mursini müdafiə edən “Müsəlman qardaşları” dünən yaranan güc deyil, onillərdir mütəşəkkil şəkildə formalaşmış, özünün konkret ideya-hədəfləri olan ciddi, əzmkar qüvvədir.
Təbii ki, Mursinin də səhvləri az olmadı. 10 ildə aparıla biləcək islahatları qısa zamanda həyata keçirməyə cəhd göstərdi. Bu isə cəmiyyətin müəyyən kəsiminin ona qarşı çıxmasına gətirib çıxardı. Özünü demokratiyanın beşiyi və insan haqlarının keşikçisi adlandıran Qərb, son illər bir çox yaxın müttəfiqlərinin və siyasi çətirlərinin altında olan diktatura rejimlərinin daim onlara başqaxıncı gətirdiyini hesab edərək yeni oyun qaydalarını dövriyyəyə buraxdılar. “Ərəb baharı” fonunda ərəb ölkələrində inqilabi prosesə müəyyən qədər dəstək verərək köhnə “dostlarıyla” vidalaşıb meydanı yeni simalara verdilər.
Bu hadisələrdə Qərb dairələrinin Türkiyə amilinə olan qısqanclığını da unutmaq olmaz. Belə ki son illər Türkiyənin bölgədə və İslam dünyasında artan nüfuzu, bu ölkələrin birləşməsi yolunda atdığı addımlar, bu müstəvidə aparıcı qüvvəyə çevrilməsi də bu birliyə qarşı olan qüvvələri ciddi narahat edirdi. Ona görə də bu qüvvələr ilk növbədə bu birlikdə əsas söz sahibi olan Türkiyə və Misiri hədəfə aldılar. Hazırda Misir xalqı özünün dünyada kimin istəyib-istəməməsindən asılı olmayaraq Islami-demokratik inkişaf dövrünü yaşayır. Ərdoğan və Mursi bu dalğanın önə çıxardığı adamlardı. Ancaq, Ərdoğanın 10 il müddətində həyata keçirdiyi islahat ları Mursi 1 ilə reallaşdırmaq istədi. Acı nəticə isə ortadadır.
Düzdür, bu kirli ssenarilər Türkiyədə iflasa uğradı, amma Misirdə işlədi. Bu gün Misirin acı reallığı belədir ki, bir çox analitiklərin “sabitlik qarantı” saydıqları ordu da, “Qərbin kadrı” hesab olunan Əl Bəradayi də xalqı düşdüyü durumdan çıxarmaq gücündə deyil. Çünki, baş verən çevriliş xalqın, çoxluğun iradəsinin əksinə baş verib. Ona görə də, çoxluğun iradəsi öz yerini tutmayınca Misir sakitləşməyəcək. Mursinin bir üstünlüyü var ki, özü Demokratik-İslam Cəmiyyətinin inkişafı yolunda mübarizədə ağır yara alsa da, mənsub olduğu xətt çox güclüdür. O seçkini uduzmayıb və uduzmayacaq.
Misirdə əsil islamı ideyalar və demokratik ideyalar uğrunda mübarizə aparan, bu yara almış Mursinin mənsub olduğu xəttin qalib gələcəyi kifayət qədər inandırıcıdır, çünkü bu yol demokratiyanin və haqqın yoludur. Bu gün Amerika Birləşmiş Ştatları Prezidentinin mətbuat katibinin , Misirdə bütün siyasi məhbuslar , o cümlədən Misir prezidenti Mursi həbsdən azad olunması fikrini ifadə etməsi, Qərb dünyasının da Misir xalqının haqlı etirazlarına tərəfsiz qala bilmədiklərinin göstərir.
Belə bir ifadə var “cin” şüşədən çıxıb. Xalqın gözündə olan qorxu hürkü və xof artıq yoxa çıxıb. Belə hallarda insan həyatı itkiləri, həbslər, silah işlədilməsi belə Misir xalqını öz mübarizəsindən döndərə bilməyəcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Bu gün, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Bu gün, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Bu gün, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
• Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38 |
|
|
|
• Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34 |
|
|
|
• "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33 |
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27 |
|
|
|
|