SABIQ REKTORUN TƏHLÜKƏLİ ANATOMİYASI
Tarix: 17-09-2013, 00:43 | Çap et
KEÇMİŞ REKTOR NƏDƏN ORQAN ALVERİ MƏSƏLƏSİNƏ BU QƏDƏR HƏSSASDIR
DİA.AZ: - Dünən günün sonuna yaxın fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin «ardı var» xəbərdarlığı ilə xüsusi müraciətini yaydıq. Bildirək ki, ilk dəfə idi Elşad Abdullayev məxsusi olaraq DİA.AZ portalında hansısa formada mövqe ifadə edirdi.
Biz də bunu nəzərə alaraq keçmiş rektorun bütün mövqeyini olduğu kimi işıqlandırdıq. Hətta onun bu fikirlərinin yalnız ona aid olmasına belə göz yumaraq. Yəni bütün bunlar Elşad Abdullayevin fikirlərindən başqa bir əhəmiyyətə malik deyildi. Və əslində mövcud gerçəkliklərin ört-basdır edilməsinə hesablanan bir mövqe ifadəsi idi.
Amma biz yenə də keçmiş rektora onunla bağlı bu günə qədər yazdıqlarımızda qərəzli olmadığımızı sübuta yetirməmiz üçün mövqeyini olduğu kimi oxucuların diqqətinə çatdırdıq. Amma həqiqət həqiqətdir və həqiqəti heç bir yalanla ört-basdır etmək qeyri-mümkündür.
Həqiqət dedikdə isə ilk ağla gələni Elşad Abdullayevin bu günə qədər şantaj hesabına malalamağa çalışdığı reallıqlardır. Diqqət yetiribsinizsə, Elşad Abdullayev ən populyar vaxtında belə orqan alveri məsələsinə xüsusi həssaslıq nümayiş etdirib. Hətta bu mövzuda danışmağı, bu mövzuda nələrəsə izahat verməyi belə lazımlı hesab etməyib.
Yalnız o zaman danışdı ki, artıq istintaq orqanları bu məsələni araşdırmağa başladılar. Və bu zaman Elşad Abdullayev hərəkətə keçdi. Hətta bu məsələni xüsusi araşdırmaya götürən ATƏT-in nümayəndəsi ilə də görüşdü. Çünki…
Çünki Elşad Abdullayev narahat idi və bilirdi ki, onu məhz bu məsələ ilə qolu qandallı Azərbaycana gətirə bilərlər.
Ona görə də portalımıza ünvanladığı «faktlarında» belə həqiqəti ört-basdır edə bilməsi üçün ənənəvi şərini davam etdirdi. Bəli, məhz ŞƏRİNİ!!!
Elşad Abdullayev dünənə qədər öz dostlarını, yaxınlarını və hətta qohumlarını belə şərləməsi ilə diqqətə gəlib. Özü barəsində əzabkeş obrazı formalaşdırıb. Daha kimsə qayıdıb bu adamdan soruşmayıb ki, səndən «oğurlanan» o milyonlarla pulların mənşəyi hardan idi? Axı Elşad Abdullayev elə bir dahi elm adamı deyildi ki, hansısa elmi icadına görə milyonlarla manat həcmində qonorar alsın… Və yaxud da Elşad Abdullayev elə bir əlahiddə biznesmen də deyildi ki, uğurlu ticarəti ilə milyonları əldə etsin…
Onun bu pulları hardan aldığı məlum idi. Elşad Abdullayev həmin pulları məhz minlərlə Azərbaycan vətəndaşını ABU adlı bazarda talamaqla əldə etmişdi. Həmin pulların üzərində evlərini satmaq zorunda qalan, gələcəyi məhv olan minlərlə gəncimizin göz yaşları var idi…
Və kimsə bu məsələnin üzərinə yerimədi və yerimir də. Çünki Elşad Abdullayev bu gün Ramiz Mehdiyevi ittiham edir. Çünki Elşad Abdullayev bu gün Ramil Usubov, eldar Mahmudov, Zakir Qaralov kimi ciddi dövlət adamlarını hədəfə alıb. Ona görə də Elşad Abdullayevin sərsəm fikirləri mediatik idi və həm də narazı kütlənin diqqət mərkəzində idi.
Bu səbəbdən Elşad Abdullayevin sözü ilə adamları həbsə atdılar, neçə-neçə insanın ömrünü qaraltdılar. Amma Elşad Abdullayevi ifşa edən minlərlə gəncin sözünü eşidən olmadı.
Bu gün Elşad Abdullayev sorğu-sual edir ki, nədən filankəsə görə filan məmuru dindirmirlər, həbs etmirlər? Amma daha kiminsə ağlına gəlmir ki, soruşsun: NƏDƏN ABU-DAKI CİNAYƏTLƏRİNƏ GÖRƏ ELŞAD ABDULLAYEVƏ BİR SƏTİRLİK DƏ OLSUN İTTİHAM ELAN OLUNMAYIB?
Elşad Abdullayev yalnız Ukraynada orqan mafiyası ilə bağlı hüquqi araşdırmalara start veriləndə ittiham hədəfinə çevrildi. Yəni yenə də kənardan təşəbbüs gəldi. Daha kimsə Elşad Abdullayevə qayıdıb nəsə deyə bilmədi. Hətta indinin özündə də Elşad Abdullayev orqan alveri ilə bağlı aparılan istintaq hərəkətlərinin materiallarını əldə etməkdədir. Onun redaksiyamıza göndərdiyi müraciətlə bərabər sənədləri, ABU klinikanın rəhbərinin izahatını yollaması faktı da sübutlayır ki, biz dünənə qədər nə şər yazmışıq, nə də böhtan.
Bəli, bu bir faktdır ki, Elşad Abdullayevə Bakıdan dəstək verənlər var və bu adamların niyyəti heç də yaxşılığa hesablanmayıb. Elşad Abdullayevin şəri hesabına milyonları əldə edənlər bu gün ona dəstəklərini davam etdirirlər. İstintaqın sənədlərinin isə Elşad Abdullayevin əlinə keçməsi… artıq bu kifayət qədər ciddi məsələdir və bu işi dövlətin müvafiq qurumları araşdırmalıdır.
Gələk, Elşad Abdullayevin orqan alveri ittihamlarına reaksiyasına… Diqqət yetirdinizsə, keçmiş rektor konkret cinayət əməlini, konkret ittihamı iz azdırmaqla, fikri başqa istiqamətə yönəltməklə unutdurmağa çalışır. Elşad Abdullayevin özü bir hüquqşünasdır. Özü də yaxşı bilir ki, ondan istintaqda «nədən orqan alverinə şərait yaradıbsınız» sualına cavab istəniləcək. Yəni o qayıdıb deyə bilməz ki, «qardaşımı oğurlamışdılar, ona görə də mən orqan alveri ilə məşğul idim»…
Hər halda, bu bəhanə ilə, təhlükəli və şübhəli bəhanə ilə Elşad Abdullayev yetərincə manipulyasiya edib. Artıq manipulyasiya imkanı da bitib.
Cənab Abdullayev, biz sizin mövqeyinizi işıqlandırdıq. Hətta bu mövqedə nə qədər təhlükəli yalanların olmasına rəğmən, yenə də müstəqil KİV-in prinsiplərinə sədaqət nümayiş etdirdik. Amma təbii ki, bu sondur. Çünki bizim yalanlara tribuna olmaq kimi nə həvəsimiz, nə də marağımız yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Dünən, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Dünən, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Dünən, 15:53 |
|
|
|
|