ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq .....                     Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... .....                     Burada nə yediyinizə diqqət edin... .....                     KONTAKT HOME yenə də narazılıq yaradır... .....                     Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? .....                     Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... .....                     Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                 

"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir" - FOTOLAR
Tarix: 19-12-2017, 10:57 | Çap et
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
Bakının Binə qəsəbəsinin Xəqani küçəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. Sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, ərazidə içməyə su yoxdur, eyni zamanda yağış yağanda da yollarda suyun əlindən tərpənə bilmirlər.

Ərazidə olduğumuz zaman doğrudan da bu təzadlı halın şahidi olduq. Ərazidə yaşayanlar içməli suyu ya pul verib su maşını ilə gətirdirlər, ya da 400 manat verib, quyu qazdırırlar. Ancaq buna baxmayaraq, qış boyu da qapılarının ağzına kimi yağış suları ilə dolu olur. Bu isə ərazidə kanalizasiya sisteminin olmaması ilə bağlıdır.

Binənin təkcə adıçəkilən küçəsində deyil, bir neçə daxili küçələrində olduq. Müşahidə etdik ki, heç bir küçənin üzərində adı yazılmayıb. İnsanlar bu əraziləri ya hansısa dövlət idarəsi (məsələn, Xəqani küçəsinə daha çox ATS deyirlər), ya da uzun müddətdir orada yaşayan sakinin evi ilə istiqamətləndirirlər.

Sakinlərin sözlərinə görə, 200 minə yaxın əhalisi olan qəsəbə günbəgün genişlənir, torpaqlar alınıb, evlər tikilir. Ancaq problemlər öz həllini tapmır. Rəsmi məlumatlarda isə bildirilir ki, Binədə 55-60 min əhali yaşayır.

Sakinlər bildirirlər ki, ərazi başdan-başa problem içərisindədir. Sakin Ağabala Kərimov söylədi ki, köhnə ərazilərdə, ümumiyyətlə, asfalt örtüyü olmayıb və olması da gözlənilmir: “Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir. Bu ayrı problemdir. Ancaq məsələ burasındadır ki, qəsəbənin içərisində heç yerdə normal asfalt örtüyü yoxdur. Hələ bir az yağış yağıb, küçələrdən su əlindən keçmək olmur. Siz bir də bura qar yağandan sonra gəlin. Bir də görürsən küçə başdan-başa suyun içərisində qalır. Bundan başqa, insanlar da var ki, həyətlərindən suyu çəkib, küçəyə vururlar. Başqa yolları da yoxdur. Burada içməli su da yoxdur. Üç-dörd qonşu yığışıb, quyu qazdırırlar. Bir quyu 400 manata başa gəlir. Ancaq elə hər qazılan yerdən də su çıxmır. Məsələn, bu ərazilərdə yağış yağanda biz heç quyu suyunu da içə bilmirik. Yay aylarında isə bir başqa zülm çəkirik. İndi palçıq olan yerlər, yayda da toz-torpaq olur. Çarəsizlikdən camaat gəlib burada yaşayır. Çünki torpaqlar digər yerlərlə müqayisədə ucuzdur. Ucuz deyəndə, indi heç normal yerdə torpaq da tapmaq olmur. Hamısı alınıb, tikilib, satılıb. Əsas yola yaxın ”Sovxoz" deyilən əraziyə gedən küçənin ətrafında torpağın sotu 4-5 minədir. Bəzi yerlərdə hətta 6 minə satan da var. İçəri tərəflərdə isə 1000 manata da torpaq taparsan. Ancaq ora da gedib çıxmaq çətin məsələdir".

Sakinlər bildirdilər ki, su çəkilməsə də heç olmasa kanalizasiya problemləri həll olunarsa, işləri bir qədər yüngülləşər.

Digər sakinlərlə söhbətimiz zamanı onlar daha bir problemi qeyd etdilər. Bildirdilər ki, qəsəbənin içərilərinə işləyən bir dənə də avtobus yoxdur:

“Camaat məcburdur ki, əsas yolda düşüb, piyada bu palçığın, suyun içərisi ilə yol gəlsinlər. Uşaqlar məktəbə gedəndə özləri ilə iki ayaqqabı götürürlər. Elə biz özümüz də ayağımıza sellofan keçirib, elə gəzirik. Şəhərə gedəndə adama baxırlar ki, bunlar haradan, hansı ucqar rayondan gəliblər görən. Daha bilmirlər ki, Binə elə ən ucqar yer kimidir”, deyə sakinlər bildirdilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, gələn ildən problemin həlli istiqamətində işlər görüləcək: “Məlumat üçün bildirim ki, hazırda Binədə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətti üzrə mikroavtobuslar fəaliyyət göstərir. Ümumilikdə isə gələn il bütün qəsəbədaxili xətlərin işinin yenidən təşkili və tələblərə uyğun nəqliyyat vasitələri ilə təşkili istiqamətində konkret addımlar atılacaq”.

Məsələ ilə bağlı “Azərsu” ASC ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, ölkə başçısının bu ilin avqust ayında imzaladığı Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı var. Bundan əlavə, qeyd olunub ki, artıq master plana əsasən Binə qəsəbəsində işlər görülüb. Belə ki, bu qəsəbədə 38 kilometr su xətti çəkilib. Nəticədə 9800 insan ilk dəfə su ilə təmin olunub. Eyni zamanda bundan əlavə də 3 min nəfərin su təchizatı yaxşılaşıb. Bildirilib ki, layihələr dövlət tərəfindən vəsait ayrıldıqca, mərhələli şəkildə həyata keçirilir.
\\musavat.com\\

"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"
"Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru