STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK... – Nazirliklər proqramın icrasını necə təmin ediblər?
Tarix: 16-12-2020, 10:50 | Çap et
Artıq 3 aya yaxındır ölkə gündəminin əsas mövzusu təbii olaraq Vətən Müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Şanlı Ordumuzun qəhrəman əsgər və zabitlərinin göstərdiyi şücaətlərdir. Vətən Müharibəsini məhz onların misilsiz igidlikləri sayəsində zəfərlə başa çatdıra bildik.
Bununla yanaşı, cəmi 44 gün ərzində Ermənistanın diz çökdürülməsində, əlbəttə, Azərbaycanın bütün parametrlər üzrə düşməndən üstün olmasının, ordumuzun ən müasir silahlarla təmin edilməsinin, təhcizatının yüksək səviyyədə qurulmasının da rolu olduğu mübahisə doğurmur. Bunlar isə son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, ölkənin büdcə gəlirlərinin artması hesabına əldə edilib.
Başqa sözlə, iqtisadi inkişafın təmin olunması ordumuzu gücləndirməyə və torpaqlarımızı azad etmək qüdrətinə sahib olmağımıza imkan verib.
Əlbəttə, bundan sonrakı dövrdə Qarabağda həyata keçiriləcək geniş quruculuq işləri, köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi, ordumuzun təhcizatının daim yüksək səviyyədə saxlanılması üçün böyük vəsaitlər lazımdır ki, bu da iqtisadiyyatın davamlı inkişafına daha ciddi diqqət yetirməyi tələb edir.
İqtisadiyyatın inkişafında isə dövlət tərəfindən qəbul olunmuş proqramların, strateji planların, yol xəritələrinin icrasının təmin olunması mühüm əhəmiyyət daşıyır. Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə Prezidentin 6 dekabr 2016-cı il Fərmanı ilə təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin" icıası da bu baxımdan xüsusi önəm kəsb edir.
On bir istiqamət üzrə təsdiqlənmiş Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
Yəni, bu ilin sonunda Strateji yol xəritələri üzrə müxtəlif dövlət qurumları tərəfindən təxminən 4 il ərzində həyata keçirilməli olan iqtisadi inkişaf strategiyası və tədbirlər planı üzrə işlər başa çatdırılmalıdır.
Yol xəritələrində nəzərdə tutulan tədbirlər ölkənin gələcək iqtisadi inkişafı baxımından önəm daşıdığından, onların tam şəkildə icrasının təmin olunması da ciddi əhəmiyyət kəsb edir. Bəs bu tədbirləri həyata keçirməli olan nazirliklər, dövlət orqanları və şirkətləri, publik şəxslər öz işlərinə nə qədər məsuliyyətli yanaşıblar?
Hələlik əlimizdə, Strateji yol xəritələrinin 4 illik monitorinq və qiymətləndirmə nəticələri olmadığından bu suala konkret cavab vermək çətindir. Ancaq əvvəlki illər üzrə Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrasına dair açıqlanan göstəricilər bu sahədə vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir. Hətta bəzi istiqamətlər üzrə acınacaqlı olduğunu ortaya qoyur.
Konkret olaraq 2019-cu il üzrə Strateji yol xəritələrinin icra vəziyyətinə dair göstəriciləri nəzərdən keçirdikdə, bir sıra nazirliklərin, dövlət qurumlarının üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmadığını söyləmək olar.
Belə ki, 2019-cu il üzrə Strateji yol xəritələrinin monitorinq və qiymətləndirilməsinin ümumiləşdirilmiş göstəricilərinə əsasən heç bir istiqamət üzrə nəzərdə tutulan tədbirlərin heç 50 faizi belə icra edilməyib. Əksər sahələrdə isə icra vəziyyəti 20 faizin ətrafındadır. Hətta Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi 2019-cu il üzrə cəmi 13 faizi icra edilib.
Digərlərinə nisbətən 3 istiqamət üzrə nəzərdə tutulan tədbirlər daha çox icra olunub. Bunlara aiddir:
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi - 44 faizi icra edilib;
Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi - 44 faizi icra edilib;
Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi - 37 faizi icra edilib.
Görünür, bu sahələr üzrə tədbirlərin icrasına məsul nazirliklər və dövlət qurumları öz işlərinə daha məsuliyətli yanaşıblar.
Bunu Strateji Yol Xəritələri üzrə əsas icraçı qurumların performansına dair göstəricilər də söyləməyə əsas verir. Burada ilk onluqda qərarlaşan, göstəricisi 100 faiz və ona yaxın olan qurumlar, əsasən, dövlətə məxsus səhmdar cəmiyyətlər, xidmətlər, agentlik, komitə və mərkəzlərdir. Bunun da əsas səbəbi onların il ərzində həyata keçirməli olduğu tədbirlərin sayının az olması ilə bağlıdır. Məsələn, 100 faiz və ona yaxın nəticə göstərən “Azərişıq” ASC il ərzində 5, “Azərenerji” 2, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası 1, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 1, Dövlət Statistika Komitəsi 4 və sair tədbir keçirib.
Ümumiyyətlə, performansına görə ilk 10-luqda olan qurumlardan 6-sı il ərzində 1, biri 2, ikisi 4, biri isə 5 tədbir keçirib. Yəni, bu qurumların icra etməli işin həcmi az olduğundan, üzərində xüsusi dayanmağa ehtiyac duymuruq.
Ancaq bu demək deyil ki, üzərinə elə də böyük yük düşməyənlərin hamısı vəzifəsini icra edib. İl ərzində bir neçə tədbir həyata keçirməli olan qurumlar belə vəzifəsinin öhdəsindən gəlməyiblər. Məsələn, il ərzində 1 tədbir həyata keçirməli olan Fövqaladə Hallar Nazirliyi, AMEA, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” ASC, Tarif Şurası və başqaları sıfır ballıq nəticə göstəriblər. İl ərzində cəmi 4 tədbir icra etməli olan Ədliyyə Nazirliyi 32 faiz, 3 tədbir icra etməli olan Xarici İşlər Nazirliyi 31, Səhiyyə Nazirliyi 33 faizlik nəticə göstəriblər.
Bütün rəqəmləri sadalayıb oxucuları yormamaq üçün qeyd edək ki, nəticələrdən nazirliklərin və dövlət qurumlarının əksəriyyətinin öz vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığını, Strateji Yol Xəritələrinin icrası üzrə qarşılarına qoyulan tələbləri icra etmədikləri məlum olur.
Bu sahədə yalnız bir neçə nazirliyin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Hansı ki, digərləri ilə müqayisədə onların üzərinə daha böyük yük düşüb. Bunlara Energetika Nazirliyini, Təhsil Nazirliyini, İqtisadi İnkişaf Nazirliyini və nisbətən Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyini aid edə bilərik.
Belə ki, 21 tədbir icra etməli olan Energetika Nazirliyi 51 faiz, 45 tədbir icra etməli olan Təhsil Nazirliyi 33 faiz, 155 tədbir icra etməli olan İqtisadiyyat Nazirliyi 24 faiz, 86 tədbir həyata keçirməli olan Kənd Təsərrüfatı Nazirliyi isə 24 faizlik nəticə göstərib.
Əlbəttə, bütövlükdə bu qurumların da fəaliyyətinin nəticələrini müsbət qiymətləndirmək mümkün deyil. Ancaq il ərzində üzərinə düşən bir tədbiri belə icra etməyən dövlət qurumları ilə müqayisə etdikdə, qeyd olunan nazirliklərin müəyyən işlər gördüyünü söyləmək lazımdır. Hər halda, hər biri uyğun Strateji Yol Xəritəsi üzrə il ərzində xeyli sayda tədbirlər həyata keçiriblər.
Ancaq nəzərə alsaq ki bu nazirliklərin bəziləri böyük struktura malikdir (İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi), onların Strateji Yol Xəritələrinin icrası ilə bağlı həyata keçirdiyi tədbirlərin də sayını qənaətbəxş saymaq olmaz.
Məsələyə bu baxımdan yanaşdıqda yalnız Energetika Nazirliyinin və Təhsil Nazirliyinin üzərinə düşən vəzifənin icrasına nisbətən məsuliyyətlə yanaşdığını söyləmək mümkündür.
Bunun səbəblərini, əlbəttə, izah etmək çətindir. Hər kəs bilir ki, ölkə iqtisadiyyatının inkişafı birbaşa qəbul olunmuş proqramların, Yol Xəritələrinin icrasından asılıdır. Elə buna görə də, hər bir nazirlikdə dövlət proqramlarının, Yol Xəritələrinin icrası aparıcı şöbələrə tapşırılır.
Əgər Azərbaycan üçün çox əhəmiyyətli olan, Prezidentin böyük önəm verdiyi Strateji Yol Xəritələrinin icrası qeyd etdiyimiz vəziyyətdədirsə, deməli, ya əksər nazirlikdə bu sahəyə məsul şöbələrdəki kadrlar yerində deyil, savadsız mütəxəssislərdən təşkil olunub, ya da nazirliyin, müvafiq dövlət qurumunun rəhbəri buna məsuliyyətsiz yanaşıb.
Ona görə də, fikrimizcə, nazirliklərin, müvafiq dövlət qurumunun rəhbərlərinə münasibət də onların Prezidentin imzası ilə təsdiqlənən dövlət proqramlarının, Strateji Yol Xəritələrinin icrasına münasibətinə adekvat olmalıdır. Və yəqin ki, yeni ildə gündəmə gələn ilk məsələlərdən biri də ölkənin gələcək inkişafı baxımından mühüm olan Strateji Yol Xəritələrinin icrasını təmin edə bilməyən və ya buna ehtiyac duymayan nazirlərin, komitə, agentlik və xidmət rəhbərlərinin vəzifədə saxlanılıb-saxlanılmaması olacaq.
Mövzu ilə müvafiq qurumların və iqtisadçı ekspertlərin də rəylərini öyrənməyə çalışacağıq. AzPolitika.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
|