SABİRABADDAN SƏHİYYƏ NAZİRİNƏ İLGİNC MÜRACİƏT
Tarix: 30-11-2013, 11:58 | Çap et
“NƏ VAXTADƏK ƏLİ İNSANOVDAN QALMA KADRLARA ÜSTÜNLÜK VERİLƏCƏK?”
DİA.AZ: - “Biz öyrənmək istəyirik ki, Sabirabad Azərbaycanın ərazisidir, yoxsa oradan çıxarılıb? Çıxarılmağına şübhə edirik. Amma belə olan halda da sual yaranır: dövlətin qanunları burada niyə işləmir?”. Keçən günlərdə belə ritorik sualla şikayətçi düşən Sabirabaddan olan bir qrup ziyalının məktubu mətbuatda böyük rezonans yaratdı. Müraciətin mətnindən aydın olur ki, onları narahat edən bu suallar rayondakı mərkəzi xəstəxanada yaranmış vəziyyətdən doğub. Sabirabadlılar məktubunda deyilirdi:
“Ölkə üzrə ”qış şəraitinə" keçid elan edilib. Nazirlər Kabineti bununla bağlı göstəriş verib ki, məktəblər, xəstəxanalar və başqa inzibati binalar qış şəraitinə uyğunlaşdırılmalıdır. Bura otaqların qapı-pəncərələrinin düzəldilməsindən tutmuş, istilik təminatına qədər bir sıra məsələlər daxildir. Bu məqsədlə dövlət külli miqdarda vəsait ayrır, bəs nəticə nədir?"
Şikayətçilər bildirir ki, hər ay dövlət hesabına rayon səhiyyəsinə 40 min ton yanacaq ayrılır. Nəzərdə tutulur ki, bu yanacaqla palatalar qızdırılsın. Ancaq bütün bunlar kağız üzərində qalır: “Guya, həmin yanacaqlar kerosin sobalarında yandırılmalıdır. Biz həyəcan təbili çalaraq, respublikanın bu işə aidiyyəti olan rəhbərliyini rayon xəstəxanasına dəvət edirik. Gəlin görün ki, mərkəzi xəstəxanada bir dənə də olsun, kerosin sobası varmı? Yoxdur! Elə buna görədir ki, xəstəxanadan hamı qaçaq düşüb. Bu xəstəxanada bir gün gecələmək bəsdir ki, soyuqdan sətəlcəm tapasan. Baş həkim Əziz Mikayılovun bu barədə şikayətlərə ”bekarsınız, başqa işiniz gücünüz yoxdur, sizi öyrədən var" şəklində reaksiya verir. Başa düşülmür, xəstəxanada istiliyin olmamasından şikayətlənmək üçün mütləq kimsə tərəfindən öyrədilmək lazımdır? Biz sadə bir şey tələb edirik: xəstələrimiz isti yerdə müayinə və müalicə olunsun! Sual yaranır, bir halda ki, dövlətin ayırdığı 40 min ton yanacaq istiliyə sərf olunmur, bəs onu neynirlər? Bəlkə Sabirabad xəstəxanalarında bu qədər yanacaq sadəcə, göyə buxarlanır?"
Sabirabadlılar deyir ki, onlar indi dövlət orqanlarından problemə diqqət, Allahdan isə rəhm istəyirlər ki, havalar çox soyuyub onların xəstələrini daha da ağır vəziyyətə salmasın.
Bununla bağlı DİA.AZ-a müraciət edən bir qrup Sabirabad sakini baş həkimin hələ də soyuq palatalarda xəstələrə əlavə problem yaratdığını bildirirlər. Redaksiyamızı bilgiləndirən Sabirabad sakini iddia edir ki, Əziz Mikayılov əslində, ayrılan yanacağı çoxdan xırıd edib:
«Əslində bu adam yanacağı götürməmişdən satıb və pulunu da cibinə qoyub. İndi də mətbuatda bu məsələ qaldırıldıqdan sonra nazirlikdən də reaksiya verilib, baş həkimdən izahat istənilib. O da məcbur qalıb, öz hesabına yanacaq almaq zorundadır».
Sabirabad sakini baş həkimin başqa işləkləri ilə bağlı da məlumatları redaksiyamıza çatdırdı: «Əziz Mikayılov bu vaxta qədər xəstəxanaya müraciət edənlərdən bir faktı da gizlədib. Sən demə, dövlət hesabına xəstələrə pulsuz dərmanlar verilməli imiş və həmin dərmanların siyahısı da müvafiq olaraq xəstəxananın divarında elan şəklində asılmalı imiş ki, xəstəxanaya müraciət edənlər bundan xəbərdar olsunlar.
Amma Sabirabadda bu haqda hər kəs məlumatsız olduğundan Əziz Mikayılov təxminən 30 adda dərmanı xəstələrə pulla satdırıb. Daha doğrusu, xəstələr baş həkimin vasitəsilə apteklərə ötürülən həmin dərmanları pulla almaq zorunda qalıblar. Bu yolla da Əziz Mikayılov yerli əhalini dövlət qayğısından məhrum edərək külli miqdarda gəlir əldə edib, proses indi də davam etməkdədir».
Narazı vətəndaş bildirir ki, artıq bütün bu faktlarla bağlı rayon ziyalıları adından Oqtay Şirəliyevə müraciət də hazırlanır: «Oqtay müəllim nazir postuna gələndən sonra Azərbaycan səhiyyəsmində çox ciddi irəliləmələr oldu. Bu, danılmaz faktdır. Dünənə qədər sınıq-salxaq çarpayılar, qədimdən qalma tibbi avadanlıqlarla müayinə olunan xəstələr bu gün ən modern apparaturanın xidmətlərindən ucqar rayonlarda da istifadə edə bilirlər. Biz sabirabadlılar naşükür camaat deyilik, dövlətimizin, nazir Oqtay Şirəliyevin bu xidmətlərini dəyərləndiririk. Amma kadr məsələsində nə vaxta qədər ki, Əli İnsanovdan qalma, Əli İnsanov xarakterində olan şəxslərə üstünlük veriləcək, əhali yenə də narazı qalacaq».
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
|