AYDIN ƏLİYEVİN İDARƏSİ TAMAMƏN KORRUPSİYALAŞIB
Tarix: 8-02-2012, 12:44 | Çap et
SUMQAYIT GÖMRÜYÜNDƏ DƏ DURUM BƏRBADDIR
Sahibkar Ədalət Abbasovun AzadlıqRadiosuna dediyinə görə, ötən 18 gün ərzində o, Sumqayıt Baş Gömrük İdarəsi ilə Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət edib. Yükün buraxılmaması səbəblərinə aydınlıq gətirilməsini istəyib. «5 GÜN BİZİ LƏNGİTDİLƏR Kİ, RƏİS YOXDUR, SONRA DA...» «Yanvarın 25-ə kimi bizi ləngitdilər. Yük şöbəsinin müdiri Aslan Sərxanov bizə dedi ki, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov işə gəlmədiyi üçün, ərizənizin üstü yazılmadığından sizin yükünüzü hələlik sərbəst dövriyyəyə buraxa bilmirik». Ədalət Abbasovun sözlərinə görə, daha sonra ona deyilib ki, gətirdiyi yükün qiyməti çox aşağı olduğundan məsələ araşdırılacaq. Hazırda Sumqayıt Baş Gömrük İdarəsinin Qaçaqmalçılığa Qarşı Mübarizə şöbəsində yüklə bağlı araşdırma aparılır: «Bu günə kimi nə araşdırırlar, nə edirlər, bizim məlumatımız yoxdur. Bir neçə dəfə müraciət etdim, dedilər ki, araşdırma ilə bağlı məhkəmə ekspertizasına müraciətimiz olacaq. Bu gün fevralın 7-sidir, amma heç bir yerə müraciət olunmayıb, mal da buraxılmayıb». SUMQAYIT BAŞ GÖMRÜK İDARƏSİNDƏN VERİLƏN VƏ VERİLMƏYƏN CAVABLAR Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov suallarımızı dinləsə də bu barədə heç bir söz demədən telefonu qapadı. İdarənin yük şöbəsinin müdiri Aslan Sərxanov isə bu məsələdən xəbərsiz olduğunu deyir: - Mən respublikada deyiləm. Sahibkarlar çox şey deyə bilərlər. - Aslan müəllim, deyə bilərsinizmi ki, problem nədir? - Mən bilmirəm, işin içində deyiləm... Biz 11 gün əvvəl, yanvarın 27-də bu məsələ ilə bağlı ilk araşdırmamızı aparanda Aslan Sərxanov məzuniyyətdə olduğunu bildirmişdi. İdarənin rəisi isə elə indiki kimi sualımızı dinlədikdən sonra telefonu qapamışdı. Sahibkar isə iddia edir ki, yük şöbəsinin rəisi Aslan Sərxanov bu məsələdən xəbərdardır və onlar bir neçə dəfə onunla görüşüb bu məsələni müzakirə ediblər. Bundan başqa bir dəfə də Dövlət Gömrük Komitəsində olub problemi komitə rəsmilərinin diqqətinə çatdırıblar. GÖZLƏMƏKDƏN BEZƏN SÜRÜCÜLƏR MAŞINLARI QOYUB TÜRKİYƏYƏ DÖNÜBLƏR Yanvarın 27-də biz yük sahibi ilə birgə Lökbatan dairəsində türkiyəli sürücülərlə görüşəndə onlar soyuqdan, şəraitsizlikdən, pulsuzluqdan əziyyət çəkdiklərini demişdilər. Üstəlik Azərbaycanda üzləşdikləri korrupsiya hallarından da gileylənmişdilər. (Bu barədə yaxın günlərdə ayrıca videoreportajımız da olacaq). Fevralın 7-də Lökbatan dairəsinə bir də yollandıq. Yük dolu maşınlar orada qalsa da, sürücülər yox idilər.
Ədalət Abbasov deyir ki, Türkiyəli sürücülərin geri dönməsi və araşdırma başa çatana qədər yükün müvəqqəti saxlanca boşaldılması ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə etdikləri müraciətə də bu günə qədər cavab verilməyib. Lökbatan dairəsində gözləyən sürücülər isə bir-neçə gün əvvəl yük dolu maşınları elə açıq ərazidə saxlayaraq Türkiyəyə dönüblər. Sahibkar deyir ki, yükün buraxılmaması, sürücülərin belə uzun müddətli Azərbaycanda qalması onlar üçün böyük xərcdir: «Amma nə edək, başqa əlac yoxdur. Hələ ki gözləyirik. Yük dolu maşınlar Lökbatanda qarın altında qalıb, sürücülər də çıxıb getdilər. İndi gözləyirik. Bir də üzləşdiyimiz problemlə bağlı prezidentə müraciət hazırlayırıq». MƏSƏLƏNİN «MUSTAFASI» Ədalət Abbasovun dediyinə görə, əslində yüklə bağlı hər hansı problem yoxdur, sadəcə onlara deyilən məbləği ödəməkdən imtina etdikləri üçün belə bir vəziyyətlə üzləşiblər. «Açığı deyim ki, Sumqayıt Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin rəis müavini Əhməd Hüseynov bizə dedi ki, yükün dəyərindən asılı olmayaraq hər maşına 15 min 600 manat pul köçürməlisiniz». Sahibkar deyir ki, gətirdikləri yükün hər maşını üçün dövlət rüsumu 7200 manatdır. Sumqayıt Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin rəis müavini Əhməd Hüseynovu gün ərzində yerində tapa bilmədik. Malın ucuz olması ilə bağlı gömrüyün iradlarına gəlincə, Ədalət Abbasov deyir ki, onlar malı Türkiyədən ucuz qiymətə aldıqları üçün həmin mal Azərbaycana da ucuz gəlib çıxıb.
Sahibkar iddia edir ki, gömrükdə həmin malı daha baha qiymətə sənədləşdirmək istəyirlər ki, həmin qiymətə uyğun rüsum alsınlar.
BU RƏQİBİ SIXIŞDIRMAQ ÜÇÜN DƏ OLA BİLƏR İqtisadçı Qubad İbadoğluna görə, ola bilər ki, hansısa sahibkar vergidən yayınmaq üçün xaricdən gətirdiyi malın qiymətini sövdələşmə nəticəsində aşağı qiymətlərlə sənədləşdirir. «Və yaxud da kimsə öz rəqibini bazara buraxmaq istəmir, bundan bir vasitə kimi istifadə edir. Ola bilər ki, elə gətirilən malın invoys dəyəri real bazar dəyərinə uyğundur, amma gömrük məmuru öz səlahiyyətlərindən istifadə edib hesab edir ki, malın qiyməti aşağı göstərilib və bu malın gömrük rəsmiləşdirilməsinə imkan vermir». İqtisadçı hesab edir ki, belə halların qarşısını almaq üçün ayrı-ayrı mallar üzrə tariflər olmalıdır ki, buna uyğun da malın gömrük dəyəri hesablansın. O hesab edir ki, bununla həm şəffaflığa əməl olunar, həm də sahibkarlar problemlə üz-üzə qalmazlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın əfvindən imtina olundu
Bu gün, 09:20 |
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
|