Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                 

Rusiya Türkmənistanı itirmək istəmir
Tarix: 4-10-2017, 09:00 | Çap et
Rusiya Türkmənistanı itirmək istəmir
Rusiya prezidenti Vladimir Putin sonuncu dəfə 2012-ci ildə ayaq basdığı Türkmənistana rəsmi dövlət səfəri edib. Rusiya nəşrləri yazır ki, səfər türkmən lideri Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə reallaşıb. Uzun illərdir ki, ağır sosial, maliyyə və iqtisadi böhran vəziyyətində olan Türkmənistan Rusiya ilə ciddi problemlər yaşayır. Məsələ ondadır ki, Türkmənistanın qaz ixracında monopoliya uzun illər Rusiyanın "Qazprom” şirkətinin əlində cəmləşib. Belə ki, "Qazprom” türkmən qazının yeganə alıcısı olduğundan Aşqabad tədarük etdiyi qazı başqa ölkəyə sata bilmirdi. Bu monopoliya ona gətirib çıxardı ki, yekunda Rusiyanın qaz nəhəngi türkmənlərdən qaz almaq istəmədi. Bu da ölkəni yeganə gəlir mənbəyindən məhrum etdi. Düzdür, Rusiya ilə yanaşı, İran və Çin də türkmən qazının alıcıları sırasındadır. Lakin məsələ ondadır ki, Türkmənistan hər iki ölkədən kredit alıb və indi də onları ödəyir. Yəni, adları çəkilən ölkələr Aşqabada nağd pul vermir. Bütün bunlar da Türkmənistan iqtisadiyyatını ağır duruma salıb. Rəsmi Aşqabad çıxış yolunu Qərblə əməkdaşlıqda görərək, Avropa strukturları ilə danışıqlara başlasa da, hələlik nəticə yoxdur. Bu səbəbdən də ümid yenə ruslara qalıb. Rusiyanın da qaza marağı azalıb və diqqəti başqa sahəyədir. Bu da daha çox əfqan və Xəzər istiqamətlərində öz təhlükəsizliyini təmin etməkdir.

Prezidentlərin görüşündə də bu məsələ diqqət mərkəzində olub. İki ölkənin liderləri əvvəlcə strateji tərəfdaşlıq barədə sazişə imza atıblar. Bu o deməkdir ki, ölkələr arasında qarşılıqlı münasibətlər inkişaf edəcək. Bu iki keçmiş sovet respublikası arasındakı münasibətlərə zaman-zaman fikir ixtilafları kölgə salıb. V.Putin iki ölkə arasında ticarət həcmlərinin 2016-cı ildə azaldığından gileylənib və bu mənfi meylin yaxın gələcəkdə aradan qalxacağına ümid ifadə edib. Öz növbəsində Berdıməhəmmədov deyib ki, onun ölkəsi Rusiya ilə qarşılıqlı əməkdaşlığa hazırdır. Bunu da bildirib ki, o, "Rusiyanın Əfqanıstandakı hadisələrə müdaxiləsinin əhəmiyyətini yüksək qiymətləndirir”.

Görüşdə Xəzərin statusu ilə bağlı məsələ də gündəmdə olub. Qurbanqulu Berdıməhəmmədov deyib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər: "Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır. Ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələnin həllinə tərəfdar çıxacaq”

"Nezavisimaya qazeta” yazır ki, ehtiyatlı xarici siyasət yürüdən rəsmi Aşqabad Mərkəzi Asiya regionunda baş verən hadisələr fonunda Rusiyaya söykənmək qərarına gəlib. İqtisadi və ticarət münasibətlərinin inkişafı ilə yanaşı, istisna deyil ki, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində də müəyyən impuls əldə edə bilər. Q.Berdıməhəmmədov bəyan edib ki, Aşqabad Moskva ilə Mərkəzi Asiyada təhlükəsizliyin qorunub saxlanılmasında sıx əməkdaşlığa hazırdır, Rusiyanın bu regionda maraqlarına hörmətlə yanaşır. O, həmçinin Aşqabadın terrorizmlə mübarizə məsələsində birgə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb.

Rusiya prezidenti şəxsən türkmən həmkarına "Aleksandr Nevski” ordenini təqdim edib. Təqdimetmə zamanı maraqlı olay da yaşanıb. Diktor türkmən liderin atasının adını səsləndirə bilməyib. Pis vəziyyətə düşən Putin buna məhəl qoymayaraq, Berdıməhəmmədovun ordenini taxıb. "Arxadağ” ləqəbli Qurbanqulunun atasının adı elə də çətin tələffüz olunmur - Məlikqulu. Türkmən prezident də Putini mükafatsız qoymayıb. Rusiya prezidenti Türkmənistanın yeni təsis edilən "Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” mükafatını alıb. V.Putin bu mükafatı alan ilk şəxs olub. Prezidentlər daha sonra iki sazişə imza atıblar – 2014-cü ildə başa çatan ikili vətəndaşlıq və iqtisadi əməkdaşlıq haqqında. İki ölkə arasında miqrasiyanın tənzimlənməsi məqsədilə paytaxtlarda təmsilçilik ofisləri açılacaq. İqtisadi əməkdaşlıq haqqında sazişə gəldikdə, burada söhbət türkmən qazının Rusiya tərəfindən yenidən alınmasından gedir. Belə ki, 2012-ci ildən Rusiya türkmən qazını almır. Məhz bu faktorların olmaması Moskvanın Aşqabad üzərində nüfuzunun itirilməsinə gətirib çıxarıb. 2016-cı ilin sonlarından vəziyyət bir qədər dəyişməyə başlayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov Aşqabada səfər etdi. Həmin dövrdə əfqan yaraqlılarının Türkmənistan sərhədlərini keçmək halları artmışdı və bu səbəbdən də rusiyalı nazir Aşqabada sərhədlərin möhkəmləndirilməsi köməyini təklif etmişdi. Lakin Q.Berdıməhəmmədov bu yardımdan imtina etmişdi. Türkmənistan onda ABŞ-la hərbi əməkdaşlıq edirdi və bu barədə heç nə deyilmirdi. Türkmən tərəfi Rusiyanın köməyindən imtinasını özünün neytral dövlət olması ilə əlaqələndirmişdi. Bu status ölkə ərazisində xarici ölkənin hərbi kontingentinin olmasını qadağan edir.

Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazyev bildirir ki, rəsmi Aşqabad uzun illərdir Rusiya rəhbərliyini türkmən qazını almağa inandırmağa çalışır: "İqtisadi nöqteyi-nəzərindən bu ixrac gərək deyil. Rusiya sadəcə siyasi maraqlar üzündən Berdıməhəmmədovun arzusunu yerinə yetirməyə hazırdır. O ki qaldı hərbi əməkdaşlığa - Aşqabad bu sahədə əsasən Ukrayna və Türkiyə ilə münasibətləri genişləndirməyə can atıb”.

"Lenta.ru” yazır ki, liderlər iki ölkə arasında ciddi və umu-küsü olan problemdən danışmayıblar. Putinin səfərindən cəmi bir neçə gün əvvəl Türkmənistanın dövlət telekommunikasiya şirkəti Rusiyanın ən böyük mobil telefon əməliyyatçısı MTS-in bu ölkədəki fəaliyyətini dayandırıb. MTS sentyabrın 29-da bildirmişdi ki, şirkət Türkmənistandakı fəaliyyətinin bərpa edilməsi məqsədilə rəsmi Aşqabadla danışıqlar aparır. Lakin nə Putin, nə də Berdıməhəmmədov oktyabrın 2-də keçirilmiş görüş zamanı bu münaqişədən söz açmayıblar.

Beləliklə, Putinin səfərinin hansısa bir müsbət nəticəsinin olub-olmadığını indidən söyləmək çətindir.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru