![Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi](/uploads/posts/2017-10/thumbs/1507180280_0001.jpg)
İraqın birləşmiş qüvvələri Havicənin İŞİD-dən tam azad olunduğunu elan ediblər. İraq bayraqları həmin ərazidəki binalarda qaldırılıb.
Bu haqda məlumatı Axar.az-a İraq Jurnalistlər Birliyinin üzvü Murtda Faysll verib.
Qeyd edək ki, hücum əməliyyatı dünən başlamışdı. Faysll ötən gün verdiyi məlumatda birgə təhlükəsizlik qüvvələrinin - İraq ordusu, polis və Haşd əl-Şabi (şiə hərbi qüvvəsi) Havicəyə daxil olmağa başladığını və rayonun mərkəzinə doğru uğurla irəlilədiyini bildirmişdi.
İŞİD-in sayının İraqda sürətlə azaldığı, hazırda Suriya yaxınlığında Anbar əyalətinin Rava və Əl-Qaim şəhərləri ilə məhdudlaşdığı da bildirilir.
![Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi](/uploads/posts/2017-10/thumbs/1507180256_01.jpg)
![Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi](/uploads/posts/2017-10/thumbs/1507180294_02.jpg)