Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                 

Ankara ilə Vaşinqton arasında viza böhranı
Tarix: 10-10-2017, 09:00 | Çap et
Ankara ilə Vaşinqton arasında viza böhranı
Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin mərhələyə qədəm qoyub. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Vaşinqtonda qəbul edib onu "dostum” adlandıran ABŞ prezidenti Donald Tramp indi qardaş ölkənin vətəndaşlarına viza rejiminin dayandırılmasına göstəriş verir. ABŞ-ın bu ölkədəki səfirliyi yaydığı açıqlamada bəyan edib ki, Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırıblar. "Son vaxtlar baş verən olaylar ABŞ hökumətini ölkədəki türk rəsmilərin taleyi haqda fikirləşməyə məcbur edib. Buna görə də Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi müvəqqəti olaraq dayandırırıq”, - açıqlamada deyilir. Rəsmi Ankara da bu qadağanı cavabsız qoymayıb. Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq, öz ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Bildirilir ki, səfirlik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb. Türkiyənin Vaşinqtondakı səfirliyi verdiyi bəyanatda bildirib: "Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi”. "Bu qiymətləndirmə davam edərkən, ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərini dərhal dayandırdıq”, - deyə bəyanatda bildirilir. Bu tədbirin stiker vizaları, eləcə də e-viza və sərhəd vizalarına tətbiq olunacağı da deyilir. Türkiyənin bəyanatı ABŞ-ın bəyanatı ilə eynidir, yalnız ölkənin adı dəyişdirilib.

Qeyd edək ki, viza verilməsinin dayandırılmasına səbəb ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşının FETÖ ittihamı ilə həbs edilməsidir. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı deyilir. Xatırladaq ki, FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində barələrində cinayət işi başladılan keçmiş polis əməkdaşları Yakup Sayğılı, Nazmi Ardıç, Mahir Çakallı, Mehmet Akif Üner və keçmiş prokuror, Türkiyədən qaçdığı üçün hazırda axtarışda olan Zəkəriyyə Özlə işbirliyində olduğu güman edilən ABŞ Baş konsulluğunun əməkdaşı Metin Topuz barəsində həbs qərarı verilib. O, Konstitusiya qaydalarını pozmaqda, dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini devirmək təşəbbüsündə təqsirli bilinir. "Yeni Şafak” qəzetinin xəbərinə görə isə Topuzun FETÖ-çü polis şefləri ilə birlikdə ABŞ-a səfər etdiyi ortaya çıxıb. Topuzun başqasının adına qeydiyyatda olan telefon xətti ilə saxta dəlil və səs qeydlərinin ölkə xaricinə çıxarılması işində FETÖ-çülərlə əlaqəli olduğu müəyyən edilib. Ardınca da ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsi müzakirə olunub. Müvəqqəti işlər vəkilindən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.

Öz növbəsində, xarici işlər naziri Mövlud Çavuşoğlu mövzunu dəyərləndirərək deyib ki, Birləşmiş Ştatların İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz barəsində hökm verəcək siyasi xadimlər mən, yaxud da ABŞ Dövlət Departamenti deyil, müstəqil məhkəmədir. Ciddi ittihamlar və dəlillər var. Diplomatik vəzifədə olduğundan məlumatlandırıldım, mənim özüm də İstanbuldakı məhkəmə səlahiyyətlilərinə sordum. Onlar da ciddi məlumatlar və sübutlar olduğunu söylədilər”. Prezident Ərdoğanın lideri olduğu AKP də Vaşinqtonla yaşanan viza gərginliyinə rəsmi reaksiya verib. Partiya sözçüsü Mahir Ünal Xarici İşlər Nazirliyi tərəfindən məsələyə aydınlıq gətiriləcəyini deyib: "Cənab prezident Ərdoğan gərəkli açıqlama verəcək. Bəli, ABŞ səfirliyi açıqlama yaydı, bizim də ABŞ-dakı səfirliyimiz eyni addımı atdı. Prosesi yaxından izləyirik. Son dərəcə diqqətli və beynəlxalq hüquqda haqlı olduğumuzun arxasında duraraq, bərabər şəkildə varlığımızı göstəririk. Türkiyəyə qarşı hər hansı bir sanksiyaya səssiz qalmayacağıq”. Mahir Ünal ABŞ-la müttəfiq olduqlarını da xatırladıb: "Hər şeydən əvvəl NATO-da müttəfiqik. O üzdən münasibətlərimizə son dərəcə diqqət edirik”.

Son məlumatlara görə, dünən Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib. Türkiyə KİV xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur. Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb. İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı "Bank Asya”ya pul yatırıb. "Bank Asiya” isə FETÖ-nün nəzarətində olub və bağlanıb. O da bəlli olub ki, rəsmi Ankara başqa sərt cavab tədbirlərinə hazırlaşır. Belə ki, Türkiyə "İncirlik” hərbi-hava qüvvətləri bazasını ABŞ HHQ üçün bağlaya bilər. Bu məlumatı Türkiyənin "Hürriyet” qəzeti yayıb. Gərginlik maliyyə bazarlarına da təsir edib. Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. "Bloomberg” xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir. Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyəyə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru