Moldova xəritədən silinir?
Tarix: 4-11-2017, 10:01 | Çap et
Moldovada prezidentlə hökumət və parlament arasında gərginliyin gücləndiyi vaxt, başqa bir məsələ gündəmə gəlib. Kişinyovda səfərdə olan Rumıniyanın sabiq prezidenti, Moldova Vahid Milli Partiyasının fəxri sədri Trayan Besesku ölkənin Rumıniya ilə birləşməsi istiqamətində aktiv fəaliyyətə başlayıb. Moldova vətəndaşlığı olmadığından, o, Moldova Vahid Milli Partiyasının fəxri sədri seçilib, partiyanın sədri isə sabiq müdafiə naziri Anatol Şalarudu. "İki Ruminiya”nın birləşdirilməsini qarşıya məqsəd qoyan Besesku bildirib ki, Dnestryanı bölgə Rusiya, Ukrayna və ola bilsin Avropa İttifaqı ilə danışıqlarda müzakirə predmeti olacaq. Lakin xatırladıb ki, Rumıniyanın sərhədi hər zaman Dnestrdən keçib. Regionda vəziyyəti partlayış səviyyəsinə çatdırmaq imkanlarına malik Besesku moldovanlara rumın olduqlarını xatırladıb və onların vahid Rumıniyada yaşamalı olduqlarını bildirib. Onun qənaətinə görə, Moldova Respublikası anaxronizmdir və onunla gələn il, yeni parlament formalaşdıqdan sonra vidalaşmaq lazımdır.
Onun bu təşəbbüsü qızğın müzakirələrə yol açıb. Moldovanın sabiq təhlükəsizlik naziri Anatoli Pluqaru bildirib ki, hakimiyyət də ölkəni artıq gələn il Rumıniya ilə birləşdirməyi və NATO-ya daxil etməyi nəzərdə tutur. Onun sözlərinə görə, yeni seçiləcək parlament də buna səs verə bilər. Yeri gəlmişkən, gələn il Rumıniya ilə Bessarabiyanın birləşməsinin 100 ili tamam olur. 1918-ci ilin əvvəlində Sfatul Çeriy (Ölkə Şurası) - indiki Moldova və Odessanın bir hissəsi olan Bessarabiya Moldova Xalq (sonra demokratik) Respublikasını elan etdi və ardınca da, Rumıniyaya birləşdi. Bundan sonra Sfatul Çeriy öz mövcudluğunu dayandırmış oldu. Rumıniyada buna çoxdan hazırdırlar, Moldovada birləşmə tərəfdarları perspektiv üçün planlar hazırlayır, hazırkı parlament çoxluğunu və hökuməti müdafiə edirlər. Sabiq nazir Anatolu Pluqaru mediaya açıqlamasında da belə bir planın mövcud olduğunu açıqlayıb: "Rumıniyada müvafiq proqram mövcuddur və dövlət tərəfindən də dəstəklənir. Lakin bu proqram bir və yaxud iki il üçün deyil, daha uzun müddətə nəzərdə tutulub. Lakin Moldovadakı mövcud durum belədir ki, gələn il üçün birləşmə ssenarisinin reallaşmasını istisna etmək olmaz. Məsələ ondadır ki, Moldovada hakimiyyət çoxdandır ki, artıq rumınlaşıb. Hökumətdə təmsil olunan yüksək rütbəlilər və parlament sədri də rumın pasportu daşıyır. Konstitusiya Məhkəməsinin sədri isə keçmiş rumın senatorudur. Bundan başqa bir çox hakimlər Rumıniya vətəndaşıdır. Əgər gələn il Moldova parlamentində (seçkilər noyabr-dekabr aylarında keçiriləcək) səslərin çoxunu rumınpərəstlər qazansalar, onda ölkənin Rumıniya ilə birləşməsi, eləcə də, NATO-ya daxil olması reallaşa bilər”. Bununla yanaşı, o bildirib ki, ölkə əhalisi arasında Rumıniya və NATO-ya dəstək barədə fikirlər 50-nin 50-yədir. Lakin ictimai rəy əsas olmaya bilər.
Rusiyapərəst siyasətçilər çıxış yolunu Rusiya ilə yaxınlaşmaqda görürlər. Qərbpərəstlər isə bu qənaətdədirlər ki, ölkə mütləq qaydada Avropa İttifaqı və Qərbə yaxınlaşmalı, inteqrasiya etməlidir. Moskvanın bu ölkədən bir növ əl çəkdiyi və daxili işlərinə qarışmadığı, əsas diqqəti Dnestyanı bölgəyə yönəltdiyi iddia olunur. Rusiyapərəst siyasilər qeyd edirlər ki, Moskvanın fəaliyyətsizliyi, Qərbin mövqelərinin burada güclənməsinə gətirib çıxara bilər. Lakin bəziləri yaxın perspektivdə Moldovanın Rumıniyaya birləşməsini real saymırlar. Bu qənaətdə olanlar arasında Moldovanın təhlükəsizlik məsələləri üzrə İnstitutunun rəhbəri Valeri Ostalep də var. Xarici işlər nazirinin keçmiş müavini hesab edir ki, Trayan Besesku həqiqətən də Moldovada aktiv fəaliyyətə keçib və öz sıralarını birləşmə tərəfdarı olan unionistlərlə doldurmaq fikrindədir. Onun qənaətinə görə, Beseskunun partiyası seçkilərdə 6 faizlik baryeri keçməyə müvəffəq olmayacaq. Lakin istisna etmir ki, rumınpərəst partiyalar parlamentə düşsünlər. Lakin əlavə edir ki, seçki kampaniyası dövründə heç də hamı özünün siyasi orientasiyasını bəyan etməyə tələsməyəcək. Xalq onları yaxşı anlaya bilməz və effekt əks ola bilər. Məsələn, "Fəaliyyət və Həmrəylik” partiyasının lideri Mayya Sandu əvvəldən bəyan edirdi ki, Rumıniya ilə birləşməyin tərəfdarıdır, lakin son vaxtlar partiyasının seçki platformasından bu şüarı çıxarıb. Moldovalı siyasətçi bundan çıxış edərək, bu qənaətə gəlir ki, birləşmə tərəfdarı olan unionistlərin sayı azdır. Lakin sağ partiyalar bu rəqəmin 20 faiz olduğu qənaətindədirlər. V.Ostalep hesab edir ki, birləşmə məsələsi ortaya çıxsa, xalq buna qarşı etiraz edəcək. Lakin xalq, Konstitusiya Məhkəməsi moldovan dilinin rumın dili ilə əvəzlənməsi barədə qərar çıxaranda buna qarşı çıxmadı. Konstitusiyanın 13-cü maddəsinin dəyişdirilməsi barədə təklifi avropayönlü Liberal Demokratik Partiyası vermişdi. 35 millət vəkili tərəfindən imzalanmış təklifə, gələn ilin aprel ayında baxılacaq. Bu təklifin parlamentdə nə qədər dəstək qazanacağı məlum deyil. Moldovada Konstitusiya dəyişikliyinin qəbul olunması üçün 101 millət vəkilindən 67-nin və ya parlamentin üçdə ikisinin lehinə səs verməsi zəruridir. Təklifi verənlərdən Tudor Deliu məhkəmənin 31 oktyabr tarixli qərarını alqışlayıb. O deyib ki, ilk addım atılıb və tarixi ədalət bərpa olunub: "Moldova Respublikasının vətəndaşları rumın dilində danışırlar. Bunu hamı bilir. İndi isə bu, ölkə Konstitusiyasında təsbit oluncaq”. Lakin ölkənin rusiyayönlü prezidenti İqor Dodon deyib ki, bu dəyişiklik yalnız referendumla edilə bilər. O dövlət dilinin "moldovan” olaraq qalmasını istəyir. Dodon özünün "Facebook” səhifəsində yazıb ki, Moldova Respublikası əhalisinin əksəriyyəti moldovan dilində danışdığını düşünür”. Bu dəyişikliyin əleyhinə çıxış edən Sosialist Partiyasının bəyanatında deyilir ki, belə mühüm dəyişiklik Konstitusiya Məhkəməsinin ikili Rumıniya-Moldova vətəndaşlığı olan üzvləri tərəfindən qəbul edilə bilməz. Konstitusiya Məhkəməsi 2013-cü ildə Moldova Respublikasının dövlət dilinin rumın dili olduğuna dair qərar qəbul etmişdi. Moldovanın 1991-ci il müstəqillik aktında dövlət dilinin moldovan dili olduğu təsbit edilib. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
|