![ABŞ hərbçiləri Türkiyədə aztəminatlı ailələrdən uşaqlar alıb ABŞ hərbçiləri Türkiyədə aztəminatlı ailələrdən uşaqlar alıb](/uploads/posts/2018-01/1515476910_0001.jpg)
Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasında yerləşmiş amerikalı hərbçilər iki azyaşlını qanunsuz yolla alaraq ABŞ-a göndəriblər.
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Bildirilir ki, amerikalı hərbçilər 1980-1990-cı illərdə də Adana vilayətində aztəminatlı ailələrdən bir neçə dəfə uşaq alıblar.
Hazırda övladlarını ABŞ hərbçilərinə satan ailələr dəqiqləşdirilir.
Türkiyə hakimiyyəti bu barədə hələ rəsmi açıqlama verməyib.