![Rusiya Suriyanı yenidən inşa edəcək Rusiya Suriyanı yenidən inşa edəcək](/uploads/posts/2018-02/thumbs/1517459838_0001.jpg)
Rusiyanın Energetika naziri Aleksandr Novakla suriyalı həmkarı Məhəmməd Zuxeyr Xarbutli arasında Suriyada enerji obyektlərinin bərpası ilə bağlı saziş imzalanıb.
Axar.az TASS-a istinadən xəbər verir ki, sazişdə energetika obyektlərinin işlənməsi, hazırlanması, modernizasiyası, həmçinin yeni obyektlərinin tikintisi ilə bağlı bir sıra maddələr yer alıb.
Məlumata görə, saziş 2018-ci və sonrakı illərdə də qüvvədə olacaq.