![Trampın iqtisadiyyat üzrə müşaviri Qeri Kon istefaya gedəcəyini bildirib Trampın iqtisadiyyat üzrə müşaviri Qeri Kon istefaya gedəcəyini bildirib](/uploads/posts/2018-03/thumbs/1520397890_0001.jpg)
ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə müşaviri Qeri Kon yaxın zamanda istefaya gedəcəyini bildirib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Q.Kon Trampa və onun administrasiyasına gələcəkdə böyük uğurlar arzulayıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Trampın inauqurasiyasından sonra onun komandasını 10-dan artıq insan tərk edib.