Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…
Tarix: 10-03-2018, 10:05 | Çap et
Günlər öncə Belçikanın “Eoruclear Bank” adlı bankında Müəmmər Qəzzafinin adına olan 16 milyard avro dəyərində pulun böyük bir hissəsinin oğurlandığı haqda məlumatlar yayıldı. Xəbərdə deyilirdi ki, həm qiymətli kağızlara yatırlmış vəsaitlərin, həm də nəğd şəkildə yerləşdirilmiş valyutanın 11 milyard avrosu harasa qeyb olub və yerində cəmi 5 milyard avro pul qalıb. Məlumatı heç də sarı media deyil, nüfuzlu “Le Vif” jurnalının yayması yağmalama əməliyyatının gerçəkliyinə şübhə yeri qoymurdu.
2011-ci ildə Liviyada bədəvi ərəbləri ayağa qaldıran NATO qırıcıları sonda demokratiya tanklarını Benqaziyə yeridəndə cümhuriyyətin lideri ölkəsində qaçıb zorla özünə gizli bir sığınacaq tapdı. Qərbin informasiya nəhəngləri, BBC və CNN də hər gün xalqdan oğurlanan pulların Avropa banklarına yatırılmasından, Sarkozinin seçki kampaniyasına göstərilən yardımlardan, xalqın səfil günündə yaşaması müqabilində özünü gənc qızlarla əhatə edən inqilab başçısının rok ulduzu kimi bəzənib səhnəyə çıxmasından bəhs edən çarxları təkrar-təkrar beyinlərə yeridirdi.
Onlarla ölkədə sınaqdan çıxarılan “devrim planı” “Panaqavk” raketlərindən daha öldürücü gücə malik olduğundan, 42 illik xanimanı iki ay içərisində yerlə-yeksan etdilər. Tarixən qum krallarını qəbul etməyənlər qan karxanalarını sazlayıb təzədən tayfa davalarına çıxdılar. Dəvədən avtomobilə düşənlər üçün orta əsrin qaranlığına qayıtmaq toy-bayram idi. Neyləmək olar, hökm Allahındır!
Quduzlaşmış kütlə səhra cənnətini ən azı 4 klan arasında əbədi davam edən qanlı müharibələrə dəyişməyə razılıq veribsə, bir kimsə onların qarşısını ala bilməz. Halbuki o vaxt milləti savaşdan xilas etmək üçün hərəkətə keçməli olan BMT sülh konvoyu göndərməkdənsə, qərar çıxarıb Liviyanın pullarını Belçika banklarında dondurdu. Pan Gi Munun aldığı məvacibin hardan gəldiyini bilən yox idi. Ona görə də bütün dünyada azadlıq carçılarının və ərəb müstəmləkəçiliyinə son qoyulacağını iddia edənlərin yalnız bir məşğuliyyəti vardı, o da xalqdan oğurlandığı iddia olunan, halbuki xaricə əlverişli investisiya kimi yönəldilən vəsaitlərin taleyi nə olacaq?
Cavab göz qabağındadır - 11 milayrd avronu oğurlayıblar. Landormatın gücünə bir baxın. Amma Qərbin hərbi-siyasi mərkəzi Brüsseldəki fırıldağın miqyası heç kəsi təəccübləndirmir. Aman Tanrı, məzlum insanlara, Tripolidə can bazarında olum-ölüm mübarizəsinə çıxanlara çatmalı olan sərvətə qoca qitənin aristokratları, anqlo-saks dünyasının zənginləri necə göz tikə bilər?
Yox, inanılmazdır, ədalət mücəssiməsi olan parlamentlər, media quruluşları və hakimlər adını “Qəzzafinin pulları” qoyduqları əmanətləri toxunulmaz olaraq saxlayacaqlar. Axı heç kəs onlardan əlavə faiz istəmir, hərçənd ki, ötən 7 ildə qiymətli kağızlar bazarında yetim ərəbin səhmləri qat-qat bahalanıb.
Bəli-bəli, Strasburq və Berlin indi ayağa qalxıb diktatorun əzazilliyinə və sərvət düşkünlüyünə misal kimi böyütdükləri avro-dollar piramidasını dünyanın gözü qarşısında dəvələrə yükləyib “qara qitə”nin özünə göndərəcəklər. Yoxsa, elə çıxar ki, demokratiyanın qiyməti, yaxud bədəli, o da olmasa, bir ölkəni işğal etməyin qəniməti budur. Hə, göysatan afrikalını, asiyalını hökumətinin üstünə qaldırmağa 1 milyon xərcləyirsən, əvəzində gör nə qədər sərvətə yiyələnisən. Əcəb siyasi biznesdir.
Hər sent əmanət bir bomba olub düşür liviyalıların öz başına. Amma nə olsun, diktatura cənnəti demokratiya cəhənnəmindən pisdirsə, qoy onda hər kəs xaosda yaşasın.
Yaxşı-yaxşı baxın, bir vicdanlı televizya kanalı belə ərəblərin oğurlanan, itən pullarından danışmır. Bəlkə onları da Qəzzafinin pulları ilə susdurublar…
Əvəzində siz zəngin lordların, konqresmenlərin yaxasında böyük dövlət qurucularının qızılı statuası ilə yüksək tribunalardan mənəvi təmizlik və siyasi bakirəlik haqda alovlu nitqləri dinləməli olursuz. Məgər, Obama inqilabın baş ideoloqu kimi xanım Klintonla birgə qələbə raportlarını verəndə əlifba sırası ilə A-dan Z-yədək hər yerə hürriyyət çələngi taxacaqlarını vəd etməmişdilər?!
Cəmi 20 min dollar pulun üstündə bir ölkəyə az qala sanksiya tətbiq etməyə çalışırlar ki, amandır, qoyma, diktatura qalıqları gəlib onların ərazisində lobbi və ələalma fəaliyyəti aparır. Qəzzafi öləndən sonra isə ən azı 150 milyard avronu Strasburqun həndəvərində əridiblər, CNN-də isə qul kimi satılan bədəvi ərəbinə göz yaşı tökürlər ki, baxın, 21-ci əsrdə hələ də köləlik qalır. Çox əcaib mənzərədir. Azadlıq bəzən diktatura qədər ikrah doğurur...
İndi əsas sual budur: daha neçə ərəb dövlətinin pulunu xərcləyib onlara gün ağlamaq olar? Səud krallarının tabutunun altına girən avroliderləri, məsələn, elə, Devid Kemeronu, görəsən, belə əyilməyə vadar edən nədir?
Yoxsa, hamı bac-xərac verib inqilabdan canını qurtarır?
Krallar ölüblər, cənablar… Lakin onların pullarını xərcləyən demokratlar hələ yaşayır…
Axı, pulyuyan camaşırlar ərəb qanını avrolardan və dollarların üstündən necə təmizləməyi yaxşı bilir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|