![“Facebook” rəhbərinin Konqresdə ifadə verəcəyi tarix açıqlanıb “Facebook” rəhbərinin Konqresdə ifadə verəcəyi tarix açıqlanıb](/uploads/posts/2018-04/thumbs/1522901972_0001.jpg)
“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq 87 milyon istifadəçinin hesablarından icazəsiz toplanan şəxsi məlumatlarla bağlı ABŞ Konqresində ifadə verəcək.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Konqres üzvləri Qreq Uolden və Frenk Pallonun yaydıqları birgə bəyanatda deyilir.
Dinləmələr aprelin 10-u və 11-ə təyin edilib.
Məlum olduğu kimi, Böyük Britaniyanın “Cambridge Analytica” konsaltinq şirkəti “Facebook”un milyonlarla istifadəçisinin şəxsi məlumatlarını əldə edə bilib. Adıçəkilən şirkət ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın qərargahı ilə əməkdaşlıq edib.