![Tramp Qətərin əmiri ilə görüşdü Tramp Qətərin əmiri ilə görüşdü](/uploads/posts/2018-04/thumbs/1523425547_0001.jpg)
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda rəsmi səfərdə olan Qətər əmiri şeyx Tamim Ben Hamad əl-Tani ilə İran və Rusiyanın regionda təhlükəsizliyə yaratdığı ehtimal olunan təhdidləri müzakirə edib.
Trend-in məlumatına görə, bu, Ağ Evin iki lider arasında keçirilən görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub.
Ağ Evin açıqlamasında deyilir: "Prezident və əmir regional məslələri, o cümlədən Suriya, Yəmən və İranı müzakirə ediblər".