Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                 

Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Tarix: Bu gün, 08:40 | Çap et
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR
Azərbaycan-Rusiya münasibətlərində soyuq rüzgarlar getdikcə güclənməkdədir. Səbəb sərnişin təyyarəmizi raketlə vuran Rusiya dövlətinin məsuliyyəti üstündən atması, özünü israrla təmizə çıxarmağa çalışması, üstəlik, bu ölkənin media məkanında ölkəmizə qarşı qərəzli və böhtan kampaniyasını davam etdirməsidir.

Məlumdur ki, belə ədalətsiz mövqenin dəyişməyəcəyi təqdirdə rəsmi Bakı təyyarə ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət ünvanlayacağı haqda xəbərdarlıq edib. Bundan əlavə, paytaxtımızda hüquqi qeydiyyatı olmadan fəaliyyət göstərən, bədniyyətli işlərlə məşğul olan “Rus Evi”nin bağlanması ilə bağlı Azərbaycan XİN-i qarşı tərəfə nota təqdim edib. Vəziyyəti qaydaya salmaq üçün bir ay yarım vaxt verilib.

Notaya cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva Bakıda qeydiyyat məsələsini həll etməyə hazırdır. “Rusiya Bakıdakı Rus Mədəniyyət Mərkəzi ilə bağlı vəziyyətin sağlam şəkildə həll olunacağını gözləyir”, - Zaxarova bildirib. Bəs Moskva təyyarə faciəsi ilə bağlı həqiqətləri etiraf etməyə necə, hazırdırmı? Ümumiyyətlə, Rusiya Güney Qafqazda yeganə etibarlı tərəfdaşının haqlı tələbindən niyə qaçır? İkitərəfli münasibətlərdə gərginlik daha nə qədər və hara kimi sürə bilər? Rusiya atdığı “daşları” nə vaxt yığmağa başlayacaq?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya vaxtında törətdiyi cinayəti boynuna alaraq zərər çəkənlərə təzminat ödəmiş olsaydı, hadisələr bu yerə gəlib çıxmazdı. Politoloqun fikrincə, gərginliyin yüksəlməsinə səbəb Moskvanın mövqeyinin dəyişməməsi və məsuliyyəti Milli Qəhrəmanlar olan pilotların üzərinə qoymasıdır: “Rosaviasiya”nın axırıncı bəyanatı ağ eləmək idi. Rusiya utanmaz şəkildə öz cinayətini ekipaj üzvlərinin üzərinə yıxır. Burada əsas narazılıq özünü bizə dost sayan Rusiyanın hələ də məsələni uzatmasıdır. Əgər bu davranış Makron Fransasından, yaxud İran rejimindən gəlsəydi başadüşülən idi. Sözsüz ki, Putin Rusiyası da onlardan fərqlənmir, əksinə, Ukraynada onminlərlə günahsız insanın qətlinə fərman verib, amma Moskva Bakını strateji müttəfiqi hesab edirsə, belə rəftar etməməli idi".

Q.Hüseynlidə artıq inam yaranır ki, təkcə təyyarənin vurulması faktı deyil, Azərbaycanın Ukrayna və Suriya məsələlərindəki mövqeyi də Kremli narahat etdiyi üçün belə bir soyuqluq müşahidə olunur: “Azərbaycanın Türkiyə ilə yaxınlaşması, müstəqil addımları, Prezidentin beynəlxalq hüquqa söykənən prinsipial mövqeyi Rusiyanı görünür ki, çox da qane etmir. Moskva sözəbaxan Azərbaycan görmək istəyir, amma heç vaxt görməyəcək. Artıq Rusiya 2022-ci ildəki deyil”.

Bununla yanaşı, professor münasibətlərin müəyyən mərhələdə yenidən düzələcəyinə əmindir: “Təbii ki, şimal qonşumuzla uzunmüddətli gərgin şəraitdə davam etmək istəmirik. Ancaq addım atan tərəf Kreml olmalıdır. Biz nə istəyirik? Təyyarəmizi vuranlar həbs edilsin və 38 ailənin kompensasiyası verilsin. Axı bundan əlavə tələbimiz yoxdur. Necə ki İran da səfirliyimizi terror edən şəxslə bağlı ilk vaxtlar başqa ssenarilər ortaya atmışdı, onu dəli çıxarmaq istəyirdilər, lakin cənab prezidentin qətiyyətli mövqeyindən çəkilmədiyini qəbul etdilər və həmin terrorçu edam ediləcək. Ona görə də Azərbaycan səfirliyin fəaliyyətini bərpa etdi. İndi Rusiya da təyyarəmizi vuran cinayətkarları və atəş əmri verənləri məsuliyyətə cəlb etsin, ondan sonra bu mövzu bağlanacaq. Eyni zamanda, ”Rus evi" ilə bağlı tələb edilən qaydalara əməl edilməlidir. Zaxarova da təsdiqlədi ki, qeydiyyat üçün addımlar atılacaq. Və təkcə bu mərkəz deyil, USAİD də Bakıda bağlandı. Yəni Rusiya hesab etməməlidir ki, Azərbaycan demarş edir, yaxud təyyarə hadisəsinin cavabını “Rus Evi” ilə verir. Qətiyyən, o zaman USAİD də bağlanmazdı. Bunlar bir-birindən ayrı mövzulardır".

Politoloq Qazaxıstanın ilkin hesabatından sonra Rusiyanın reaksiyasını biabırçılıq sayır və hesab edir ki, beynəlxalq istintaq komissiyası qurulması mümkündür: “Azərbaycan istəmədi ki, məsələ beynəlxalq səviyyədə araşdırılsın. Biz hesab etdi ki, üç tərəf istintaq başladıb və regional səviyyədə həllini tapacaq. Lakin Rusiyanın davranışı bizi beynəlxalq komissiya yaradılması üçün təşəbbüs qaldırmağa məcbur edir. Yeri gəlmişkən, Böyük Britaniya bu istiqamətdə dəstək olacağını əvvəlcədən elan edib. Odur ki, Rusiya özü ölçüb-biçib nəticə çıxarmalıdır və Azərbaycanı itirmək istəmirsə, gözlədiyimiz münasibəti sərgiləməlidir”.

Deputat Razi Nurullayev hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinin səbəbkarı qarşı tərəfdir. Onun sözlərinə görə, Rusiya təyyarənin vurulması ilə bağlı indiyə qədər hələ də konkret rəy bildirməyib və bu da onun özünü hegemon saymasından irəli gəlir: “O təyyarədə 300 nəfər də ola bilərdi. Ona görə bu hadisə bağışlanası məsələ deyil. İran Ukrayna təyyarəsini vurdu, amma sonra üzr istədi. Rusiya isə bunu etmir və Azərbaycana yuxarıdan aşağı baxmaq yanaşması qəbuledilməzdir. Üstəlik, Rusiya ölkəmizdə stabilliyin pozulması ilə bağlı bəzi addımlar atmaq niyyətində görünür. O baxımdan, ”Rus Evi"nin bağlanması bir işarədir. Yəni gizli görüşlər keçirilməsi, etnik zəmində hansısa addımlar atılması və s. Azərbaycan sabit, milli birliyi olan ölkədir. Ancaq bu milli birliyi pozmaq cəhdləri var".

R.Nurullayev xatırladır ki, Rusiya həmişə qonşu ölkələrdə münaqişə ocaqları yaradır, sonra uzun illər bunun həlli ilə məşğul olur: “Sadəcə, həmin metodlar köhnədir və Azərbaycan buna getməyəcək. Onu da deməliyəm ki, Azərbaycan Rusiya ilə münasibətlərin pisləşməsinin də tərəfdarı deyil. İki ölkə arasında imzalanmış Moskva bəyannaməsinə əsasən, biz götürülən öhdəliklərə riayət edirik. Amma təyyarənin vurulmasından sonra Rusiyanın tutduğu mövqe, xüsusən rus mətbuatının bizə qarşı əsassız materialları münasibətləri kəskinləşdirib. Biz istəməzdik ki, məsələ məhkəmə səviyyəsinə qalxsın. Hələ də ümid edirik ki, qonşu dövlət Azərbaycanın tələblərini yerinə yetirəcək, kompensasiya ödəyəcək”.

Siyasi ekspert İlyas Hüseynov isə bildirir ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməzsə, faktlar beynəlxalq məhkəməyə təqdim olunacaq: “Bu, Azərbaycanın suveren hüququdur və ölkə beynəlxalq münasibətlər sistemində müstəqil siyasətini davam etdirəcək. Azərbaycanın haqlı tələblərinə vaxtında və müfəssəl şəkildə cavab verilməsi məsələnin beynəlxalq məhkəmə instansiyalarına çıxarılmasının qarşısını almaq baxımından məqsədəuyğun hesab edilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru