![NATO Türkiyəni F-35 qırıcılarından məhrum edə bilər NATO Türkiyəni F-35 qırıcılarından məhrum edə bilər](/uploads/posts/2018-04/thumbs/1524032965_0001.jpg)
Ankara və Moskva arasında Yaxın Şərq daxil olmaqla, geopolitik səviyyədə əməkdaşlıq Şimali Atlantik Müqaviləsi Təşkilatını (NATO) narahat edib. Türkiyənin Rusiyadan alacağı "S-400" zenit-raket kompleksi isə NATO-nu Ankaraya qarşı tədbirlər görməyə vadar edib.
FaktXəbər-in "haber7" portalına istinadən verdiyi məlumata görə, hərbi alyans Ərdoğan hökumətinin Kremllə əlaqələrini kəsmək üçün NATO ölkələri üçün nəzərdə tutulmuş "F-35" qırıcılarından məhrum etmək niyyətindədir. Türkiyə hökuməti ötən gün Ankaraya səfər edən NATO-nun baş katibi Yens Stoltenberqə etirazını bildirib. Ankara hərbi təyyarələrin NATO-ya üzv ölkələr üçün nəzərədə tutulmasını əsas gətirərək Türkiyəni bu haqdan heç kimin məhrum etmək haqqınını olmadığını önə çəkib.