![Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi](/uploads/posts/2018-04/thumbs/1524123428_0001.jpg)
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.
Trend-in məlumatına görə, daha öncə Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.
Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.