![ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər, əgər... ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər, əgər...](/uploads/posts/2018-04/thumbs/1524208553_0001.jpg)
ABŞ Konqresinin senatorları Ceyms Lenkford və Djin Şaxin, Türkiyə amerikalı keşişi həbsdən azad etməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Trend-in məlumatına görə, amerikalı senatorlar rəsmi Ankaranı iqtisadi sanksiyalarla təhdid ediblər.
Qeyd edək ki, amerikalı keşiş Endry Branson 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə iştirakda ittiham olunaraq həbs olunub.