![Ankara Xaşkacinin qətlinin BMT-nin himayəsi altında araşdırılmasını tələb edə bilər Ankara Xaşkacinin qətlinin BMT-nin himayəsi altında araşdırılmasını tələb edə bilər](/uploads/posts/2018-11/thumbs/1542773350_0001.jpg)
Türkiyə jurnalist Camal Xaşkacinin qətlinin BMT-nin himayəsi altında araşdırılmasını tələb edə bilər.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M.Çavuşoğlunun sözlərinə görə, bu addım Səudiyyə Ərəbistanı ilə jurnalistin ölümünün araşdırılmasındakı əməkdaşlığda irəliləyiş olmadığı halda atılacaq: "Hazırda bu əməkdaşlıq görmək istədiyimiz səviyyədə deyil".