![Suriya İsrailin hərbi təyyarəsini vurub Suriya İsrailin hərbi təyyarəsini vurub](/uploads/posts/2018-11/thumbs/1543552456_6d64dcf0-bcc5-4e46-82e3-c24f0109c15f.jpg)
Suriyanın Hava Hücumundan Müdafiə sistemi cümə axşamı Dəməşqin cənubunda yerləşən Əl-Kisva yaşayış məntəqəsi üzərində İsrailin hərbi təyyarəsini və hədəfə yönəlmiş 4 raketini vurub.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ərəb ölkəsinin təhlükəsizlik orqanlarındakı mənbə deyib.
"Bizim Hava Hücumundan Müdafiə sistemlərimiz İsrailin təyyarəsi və dörd raketini hədəfə çatmamış vurub", - deyə mənbə bildirib.
O qeyd edib ki, beləliklə Əl-Kisva rayonunda hədəflərə yönəlmiş bütün raketlər vurulmuş olub.
Bundan əvvəl Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib.