![Vaşinqton Avropa İttifaqını "Şimal axını-2"dən imtina etməyə çağırıb Vaşinqton Avropa İttifaqını "Şimal axını-2"dən imtina etməyə çağırıb](/uploads/posts/2018-12/thumbs/1543984300_8e6ee3de-32bf-4437-9dd4-f809dc410d94.jpg)
ABŞ Dövlət Departamenti Avropa İttifaqını Kerç boğazında baş verən hadisə ilə əlaqədar "Şimal axını-2" layihəsindən imtina etməyə çağırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentindəki məmurlardan biri deyib.
"Kerçdə baş verən hadisə, sizə "Şimal axını – 2" sayəsində Ukraynadan yan keçməklə daha çox qaz infrastrukturuna malik olduqca, Rusiyanın hərbi təcavüzünün qarşısını almaq vasitənizin bir o qədər zəif olduğunu xatırlatdı", - deyə o bildirib.
Bundan əvvəl Avropa Parlamentində “Şimal axını-2” layihəsinin dayandırılmasını tələb edən qətnamə hazırlanıb.