![Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib](/uploads/posts/2019-02/thumbs/1550810296_d1b48d93-cca9-4a84-9b18-4f98528c450d.jpg)
Venesuela Milli Assambleyasının lideri Xuan Quaidonun Vaşinqtondakı nümayəndəsi Karlos Vekkyo Bolvar Respublikasının Birləşmiş Ştatlarda işləyən 56 diplomatından 11-nin müxalifət tərəfə keçdiyini bildirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmin diplomatlarla işləməyə hazır olduqlarını deyib.
"Biz keçmiş rejimin 56 diplomatından 11-ni öz diplomatik missiyamıza qəbul edirik. Onlarla işləməyə hazırıq", - deyə o bildirib.
Həmçinin Quaido tərəfindən təyin edilmiş səfir müşaviri Qustavo Markanonun sözlərinə görə, müxalifət nümayəndələri respublikanın ABŞ-dakı hesab və mülkiyyətlərini dondurmağa müvəffəq olublar.
Daha əvvəl Venesuelanın Braziliya ilə sərhədi bağladığı məlum olub.