![Xuan Quaydo yeni etiraz aksiyaları təşkil edəcəyini açıqlayıb Xuan Quaydo yeni etiraz aksiyaları təşkil edəcəyini açıqlayıb](/uploads/posts/2019-03/thumbs/1551679506_0001.jpg)
Özünü Venesuelanın "müvəqqəti prezidenti" elan edən Xuan Quaydo ölkəsinə dönmək və mövcud dövlət başçısı Nikolas Maduroya qarşı yeni nümayişlər təşkil etmək niyyətində olduğunu açıqlayıb. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ekvadorda bu ölkənin prezidenti Lenin Moreno ilə görüşün nəticələrini şərh edərkən Twitter-də yazıb.
Quaydo bildirib ki, 4 və ya 5 martda dönməyi planlaşdırır.
Siyasətçi beynəlxalq ictimaiyyəti Venesuelanın qanuni hökumətinə təzyiqləri gücləndirməyə çağırıb.