![Quaydo Venesuelaya qayıdıb Quaydo Venesuelaya qayıdıb](/uploads/posts/2019-03/thumbs/1551760550_0001.jpg)
Venesuela müxalifətinin lideri, özünü prezident elan etmiş Xuan Quaydo Venesuelaya qayıtdığını bəyan edib.
ONA-nın “Reuters”-ə istinadən yaydığı xəbərinə görə, o Karakasdakı mitinqdə göstərdiyi pasportda sərhəd qeydiyatı haqqında möhürü nümayiş etdirib.
Hava limanından paytaxta Quaydonu ABŞ, Fransa, Almaniya, İspaniya və digər ölkələrin diplomatları müşayiət ediblər.
O, ölkə sakinlərini yenidən mitinqlərə çağırıb.