![Kim Çen In Trampla üçüncü dəfə görüşməyə hazırdır Kim Çen In Trampla üçüncü dəfə görüşməyə hazırdır](/uploads/posts/2019-04/thumbs/1555133792_ecf41de0-d694-4d5b-a8fa-f777929cd82e.jpg)
KXDR Dövlət Şurasının sədri Kim Çen In Hanoedə (Vyetnam) yüksək səviyyədə baş tutan görüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampla III sammiti keçirmək niyyətində olduğunu bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilir ki, Kim Çen In bu bəyanatı aprelin 12-də 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) Pxenyanda keçirilən birinci sessiyasına toplaşan AXM deputatları qarşısında çıxışı zamanı deyib.