![Kim Çen Inın Rusiyaya səfəri gələn həftə baş tuta bilər Kim Çen Inın Rusiyaya səfəri gələn həftə baş tuta bilər](/uploads/posts/2019-04/thumbs/1555302326_0652aab3-4ecc-4623-a7ee-f8bd5159279c.jpg)
KXDR Dövlət Şurasının sədri Kim Çen Inın Rusiyaya səfəri artıq gələn həftə baş tuta bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Moskvadakı mənbələrinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
"Kim Çen Inın Rusiyaya səfərinin aprelin sonunda baş tutma ehtimalı kifayət qədər yüksəkdir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya-Şimali Koreya sammiti, çox güman ki, Vladivostokda keçiriləcək.