!["Ankara ABŞ-ın S-400-lə bağlı tələblərini qəbul etməyəcək" "Ankara ABŞ-ın S-400-lə bağlı tələblərini qəbul etməyəcək"](/uploads/posts/2019-06/thumbs/1560748896_104f5d26-820e-4ada-91b1-a52baa119d70.jpg)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyinin dəyişmədiyini bildirib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o bunu bazar günü Suriya ilə həmsərhəd Hatay əyalətinə səfəri zamanı deyib.
"Ankara ABŞ-ın S-400 zenit raket komplesləri ilə bağlı tələblərini qəbul etməyəcək", - deyə XİN rəhbəri vurğulayıb.
Rusiyadan alınan S-400 sistemlərinin ilk partiyası Türkiyəyə iyul ayında tədarük olunacaq.