![Maduro bildirib ki, ona qarşı sui-qəsdə görə 20 milyon dollar ödənilib Maduro bildirib ki, ona qarşı sui-qəsdə görə 20 milyon dollar ödənilib](/uploads/posts/2019-06/thumbs/1560922905_09c7e8a9-cfd7-4163-9210-c623f6b7b2ab.jpg)
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2018-ci ilin avqustunda onun həyatına sui-qəsd cəhdi təxminən 20 milyon dollara başa gəlib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, hərbçilər qarşısındakı çıxışında deyib.
"Mənim öldürülməyimlə bağlı (sui-qəsdə cəhd -red) plan hansı ki, avqustun 4-də həyata keçirilmişdi, bir neçə milyon dollar idi, 20 milyon dollar olduğunu deyirlər", - deyə Nikolas Maduro bildirib.
Venesuela lideri həmçinin kəşfiyyat orqanının əməkdaşlarına və asayiş keşikçilərinə dövlət başçısının müdafiəsi vaxtı qoçaqlığa və şücaətə görə təşəkkür edib.