![Ərdoğan S-400-ü tezlikdə əldə etmək planlarından danışıb Ərdoğan S-400-ü tezlikdə əldə etmək planlarından danışıb](/uploads/posts/2019-06/thumbs/1560930043_0001.jpg)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyadan S-400 raket əleyhinə sistemləri tez bir zamanda alacaqlarına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Ankara S-400-ün tədarükü planlarından imtina etmək niyyətində deyil.
"Bu, bizim üçün tamamlanmış bir işdir, tezliklə sifarişi əldə edəcəyik", Ərdoğan deyib.
SalamNews xəbər verir ki, mayın 7-də "İnterfaks"a açıqlama verən rusiyalı mənbə, türk hərbçilərinin S-400-ün istismarı ilə bağlı prosesə hazırlığın iyun ayında başlayacağını deyib.
"Rosoboroneksport" şirkətinin rəhbəri Aleksandr Mixeyev aprelin 24-də agentliyə məlumat verib ki, S-400 sistemlərinin ilk tədarükü iyul ayına planlaşdırılır.