![ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir](/uploads/posts/2019-06/thumbs/1561352580_0001.jpg)
ABŞ pilotsuz aparatının vurulmasına və Oman körfəzində tankerlərə hücuma cavab olaraq İrana qarşı sanksiyaları sərtləşdirməyə qərar verib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens ötən gün “CBS” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, qərar bu gün prezident Donald Tramp tərəfindən elan olunacaq.
“Biz sabah (24 iyunda) prezidentin Amerika PUA-sının vurulmasına, eləcə də Oman körfəzində iki tankerə hücuma görə İrana qarşı sanksiya rejiminin növbəti mərhələsini elan etməsini gözləyirik”, - deyə Pens bildirib.