![İsraildə koronavirusa yoluxanların sayı 8 500-ü ötdü, 51 nəfər öldü İsraildə koronavirusa yoluxanların sayı 8 500-ü ötdü, 51 nəfər öldü](/uploads/posts/2020-04/thumbs/1586153608_c7120162-41bd-4bb4-a6e5-9bdfbbb41ab2.jpg)
İsraildə son sutkada koronavirusa daha 593 nəfər yoluxub.
“Report” “Haaretz”a istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Ölkədə aprelin 6-dək 8 611 nəfər pandemiya yoluxub, 51 nəfər isə infeksiyadan ölüb. Yoluxanlardan 141-nin vəziyyəti ağırdır.
Məlumata görə, ölənlər əsasən, 49-98 yaş arasında olan şəxslərdir.