![Tramp: “Ölkədə COVID-19-dan 65 minə qədər insan ölə bilər” Tramp: “Ölkədə COVID-19-dan 65 minə qədər insan ölə bilər”](/uploads/posts/2020-04/thumbs/1587190581_d99d43d7-be0e-40fd-aeb9-8a913f2d392b.jpg)
“Hökumətin hesablamalarına görə, koronavirusdan 60-65 minə qədər insan ölə bilər”.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, indi 60-65 min arası ölüm gözləyirik”, deyə Tramp bildirib.
Bundan əvvəl Ağ Evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks bildirib ki, ABŞ-da pandemiya səbəbindən 200 minədək insan ölə bilər.
Xatırladaq ki, ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 692 169 nəfərə çatıb. Koronavirus daşıyıcısı olan 36 721 nəfər dünyasını dəyişib.