![Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır](/uploads/posts/2020-04/thumbs/1587960116_9e80e1e6-5bc1-4f3c-bc02-821c04c7f8a5.jpg)
Dünyada koronavirusa yoluxanların sayı artıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 994 761 nəfər təşkil edir.
Bundan başqa, 206 992 pasiyent koronavirun qurbanları hesab edilir.
Məlumata görə, pandemiyanın başlanğıcından 878 820 insan sağalıb. Hazırda dünyada 57 603 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
![Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır](/uploads/posts/2020-04/thumbs/1587960213_0001.jpg)
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.