Ukrayna niyə Türk Şurasında müşahiədəçi statusu almağa çalışır? - GƏLİŞMƏ
Tarix: 12-08-2020, 08:53 | Çap et
Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova olduqca gözlənilməz bir açıqlama verdi. O, Krım yarımadasının Rusiya tərəfindən işğalını qəbul edə bilməyən və Kiyevə köçən Krım tatarlarından biridir. "Ukrayna Türk Dünyasını birləşdirən təşkilat olan Türk Şurasında müşahidəçi statusu almağa çalışır", - dedi Caparova jurnalistlərə. “Ukrayna Türk mədəniyyətinin varisidir. Krım tatarları Ukrayna ilə Türkiyə arasındakı körpüdür”, - deyən nazir müavini bu addımın ölkə üçün olduqca faydalı olduğunu bildirdi. O, Türkiyənin Krım yarımadasına yaxın olan Xerson bölgəsində Krım tatarları üçün 500 mənzil tikmək niyyətində olduğunu da açıqladı: “Rusiya bu gün də əvvəllər olduğu kimi, Krım tatarlarının irsini məhv etməyə çalışır. Rusiya Federasiyası Krımı işğal edərək hibrid müharibə alətləri ilə cinayətlərini qanuniləşdirməyə çalışır. İşğal edilmiş Krımdakı beynəlxalq konfranslara milyardlarla dollar xərcləyir. Müxtəlif ölkələrdən olan insanları yarımadaya dəvət edərkən, onları "Krımda həyatın nə qədər yaxşı olduğuna" inandırmağa cəhd edir”.
Bundan əlavə, Caparovanın sözlərinə görə, Rusiya işğal edilmiş Krımdan hərbi baza kimi istifadə edir və Orta Şərq və Şimali Afrikada hərbi strategiyasını davam və inkişaf etdirmək üçün Qara və Azov dənizləri bölgəsinə nəzarəti ələ almağa çalışır. O vurğulayıb ki, bu məsələnin üzərində düşünməyə dəyər. Türk Şurası ilə bağlı deyilənlər xüsusilə maraqlıdır. Yeri gəlmişkən, ukraynalı nazir müavini bir müddət əvvəl Ukrayna hökumətinin Krımın işğalı ilə bağlı xüsusi strategiya hazırladığını elan etdi, lakin bu günə qədər o sənəd açıqlanmayıb. Görəsən, belə bir strategiya nədən ibarət ola bilər? Caparovanın jurnalistlərə dediklərindən anlaşılır ki, Ukrayna istənilən xarici dəstəyə ümid edir. Bu vəziyyətdə Türk Şurası ölkələrinin Krım Tatar xalqına şərtsiz rəğbət hiss etdiyi və ümumilikdə ərazi bütövlüyü probleminə münasibətləri əlavə dəstək hesab edilə bilər. Nazir müavininin Rusiyanın Krımı Aralıq dənizində irəliləməsi üçün hərbi bazaya çevirmək məqsədindən danışarkən nə dərəcədə haqlı olduğu da maraqlıdır. AYNA mövzuya dair xarici ekspertlərin fikirlərini öyrənib. Ukrayna Ordu Təhqiqatı, Konversiya və Silahsızlaşma Mərkəzinin Cənubi Qafqaz Şöbəsinin rəhbəri Vladimir Kopçak (Tbilisi):
“Belə bir təşəbbüs yalnız məmnuniyyətlə qarşılana bilər, çünki bu, Kiyevin Krımın işğalı siyasətində fəal mövqeyinin göstəricisidir. Əslində, Əminə Caparovanın xarici siyasət idarəsi rəhbərinin müavini vəzifəsinə təyin olunması Kiyevin məntiqi qərarından və fəallığından xəbər verir. Onu da xatırladım ki, Caparova UNESCO işləri üzrə Ukrayna Milli Komissiyasının rəhbəridir. Əlbəttə, Türk Şurası ilə yaxınlaşma, hər şeydən əvvəl Rusiyanın Qara dəniz bölgəsindəki genişlənməsinə qarşı Kiyevin təbii müttəfiqi kimi Türkiyə ilə əlaqədardır. Krımın ilhaqı və onun tamamilə hərbiləşdirilməsi Ukraynaya yeni açıq hərbi təhdidlər yaratmaqla yanaşı, güc balansının Rusiyanın lehinə kəskin dəyişməsinə səbəb oldu və nəticədə bu gün Rusiya Qara dəniz hövzəsində hegemon mövqeyə malikdir. Belə vəziyyət, təbii ki, Ankaranı qane etmir. Krım tatarları ilə həmrəylik və Ukraynanın ərazi bütövlüyü, təkrar edirəm, üzdə olan amildir. Krım artıq planlarda yox, real olaraq, Aralıq dənizində, Yaxın Şərqdə, Xəzərdə ("Böyük Xəzər bölgəsi") və sairdə Kremlin maraqlarının irəliləməsi üçün hərbi bazaya çevrilib. Krım qruplaşması Moskvanın Suriyadakı hərbi avantürasında əsas rollardan birini oynamağa davam edir. Burada söhbət yalnız maddi-texniki təminatdan yox, həm də Rusiya Qara Dəniz Donanmasına daxil olan 11356 freqatdan, "Caliber" kruiz raketlərinin atıldığı döyüş əməliyyatlarından gedir. Ukrayna üçün Türk Şurasında mümkün müşahidəçi statusunun başqa bir vacib cəhəti, deyək ki, maarifləndirmə funksiyasıdır. Türk Şurasının postsovet ölkələri fərqli geosiyasi paradiqmalardadır, lakin onların hər birində Rusiyanın çox güclü məlumat təsiri və Kremlin "yumşaq gücünün" digər cəhətləri mövcuddur. Bu, həm Azərbaycana, həm də Orta Asiya ölkələrinə aiddir. Yeni formatda ünsiyyət həm Kiyev üçün, həm də Türk Şurası ölkələri üçün vacibdir. Həm də unutmayaq ki, Macarıstan Türk Şursında müşahidəçi rolunu oynayır və Kiyev və Budapeşt üçün belə bir əlavə platforma hər halda xeyirlidir. Əlbəttə ki, bu təşəbbüsə Krımın işğaldan azad edilməsi üçün uzunmüddətli strategiyanın bir elementi kimi baxmaq lazımdır. Bu, istisnasız olaraq bütün sahələri əhatə edir - bütövlükdə Ukraynanın təhlükəsizlik sektorunun gücləndirilməsindən tutmuş, Moskvanın siyasətinə görə bir daha eroziya və yox olmaq təhlükəsi altında olan Krım tatarlarının milli və mədəni kimliyini qorumağa qədər. Bu prosesin əsas sütunu, ilk növbədə, Kiyevin Krımın geri qaytarılması strategiyasını ardıcıl şəkildə müdafiə etməsindən, Krımın və Donbasın bir hissəsinin işğalı məsələlərini ayırmamasından, həm Kremldən, həm də bir sıra "tərəfdaşlarımız" vasitəsi ilə bizə təlqin edilən hər cür "sövdələşmə"dən imtinadan ibarət olmalıdır. Sonra beynəlxalq birliyin həmrəyliyi və Rusiya daxilindəki faktiki vəziyyət də nəzərə alınmalıdır. Bu baxımdan, Ukrayna-Türk Şurası formatında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qiymətləndirməmək çətindir”. Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev: “Məsələyə Krımın artıq hərbi bazaya çevrilməsi ilə başlayaq və təbii ki, bu, hərbi baxımdan Moskva üçün vacib strateji dəstəkdir. Kiyev tərəfindən Krım tatarlarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş istənilən təşəbbüs yalnız müsbət qarşılana bilər. Xatırladaq ki, Krımdakı tatarlar rus kəşfiyyatı tərəfindən təqib olunur. Heç bir səbəb olmadan həbsxanalara atılırlar. Onların vəziyyəti çox çətindir. Odur ki, Xarici İşlər nazirinin bir müavininin bu məsələ ilə xüsusi olaraq məşğul olması olduca məntiqlidir. Türkiyəyə və Türk Şurasına gəlincə, bu yaxınlarda Bakıya və dolayı yolla Ankaraya dəstək verdiyi Azərbaycan ilə Ermənistan arasındakı münaqişə ilə bağlı Ukraynanın mövqeyini gördük. Türkiyənin Moskva ilə son dərəcə gərgin münasibətləri var və ola bilsin ki, Kiyev Türkiyə kimi güclü oyunçularla vahid cəbhə yaratmağa hazır olduğu barədə aydın siqnallar göndərməyə çalışır. 6 ildir qızğın müharibə şəraitində olan Ukrayna üçün hər hansı bir ittifaq və böyük tərəfdaşlarla əməkdaşlıq son dərəcə vacibdir. Beləliklə, bu əməkdaşlığı inkişaf etdirirlər. Düşünmürəm ki, kimsənin Krımın necə işğaldan azad edilməsi barədə konkret bir planı və ya belə bir planın reallığına inamı var. Ancaq yarımadanın Ukrayna ərazisinə yenidən inteqrasiyasına yönəlmiş istənilən tədbir yalnız dəstəklənə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
|