KTMT dağılır: Kremlin siyasi hiyləsi fayda vermədi - TƏHLİL
Tarix: 13-07-2021, 08:45 | Çap et
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz funksiyasını itirmək üzrədir. Son vaxtlar hərbi alyansın daxilində müşahidə olunan mərkəzdənqaçma prosesi bu qurumu fəaliyyətsiz hala gətirib. Hazırda KTMT-də əsas problemlərdən biri üzv ölkələrin xarici aqressiyaya qarşı vahid mövqedən çıxış edə bilməməsi ilə bağlıdır.
Yəni təşkilatın nizamnaməsinin 4-cü maddəsi artıq işləmir. Son zamanlar KTMT-nin Tacikistanı Əfqanıstandan gözlənilən “Taliban” terrorundan müdafiə etməməsi ittifaq daxilindəki etimadsızlığı daha da artırıb. Rusiya, Belarus, Qırğızıstan və Ermənistanın Tacikistana görə “Taliban”la müharibədən imtina etməsi faktiki olaraq, adıçəkilən təşkilatın kollektiv deyil, fərdi təhlükəsilik maraqlarına üstünlük verdiyini sübuta yetirdi.
Əslində, təşkilat daxilində fikir ayrılığı Azərbaycanla Ermənistan arasında 2016-cı ilin aprel ayında və ondan sonrakı illərdə baş vermiş döyüşlər zamanı ortaya çıxmışdı. KTMT ölkələrinin heç biri Ermənistanı müdafiə etmədi. Çünki üzv dövlətlərin heç biri işğalçının yanında yer almaqla Azərbaycana qarşı müharibədə iştirak etmək istəmədi.
İndi KTMT daha çox Rusiyanın öz hərbi bazalarını postsovet ölkələrinin ərazisində yerləşdirməsi üçün bir platforma rolunu oynayır. Digər problem isə son zamanlar Qırğızıstan və Tacikistanın timsalında KTMT-nin öz daxilində hərbi qarşıdurmanın baş verməsidir.
Bu da təbii ki, KTMT-nin təşkilati strukturunu genişləndirməklə üzv ölkələrin sayını artırmağa çalışan Rusiyanın planlarını pozur. Rəsmi Moskva KTMT Parlament Assambleyası yanında tərəfdaş və müşahidəçi statusu ilə iştirak institutu yaratmaqla başqa dövlətləri də alyansa cəlb etməyə çalışır.
Bu sırada Rusiyanın maraq göstərdiyi ölkələr arasında Azərbaycan, Özbəkistan, Pakistan, İran kimi ölkələr var. Hətta KTMT PA-nın sonuncu iclası iyun ayının sonunda Düşənbə şəhərində keçirilib. Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusla daxil olan Özbəkistan KTMT ilə bağlı təklifi müzakirə etməyə hazır görünsə də|, sonradan bundan imtina edib.
“Özbəkistan KTMT-yə qayıtmaq məsələsini nəzərdən keçirmir və bu təşkilatın üzvlərindən dəvət almayıb”,- Özbəkistan Prezidentinin mətbuat katibi, Prezident Administrasiyasının sədr müavini Şirzod Əsədov belə deyib:
“Biz KTMT-yə üzv olmaq üçün təklif almamışıq. Üstəlik, qanunlarımız hərbi bazaların yaradılmasını və bu kimi təşkilatlara qoşulmağı qadağan edir”.
Əsədovun bu açıqlaması Özbəkistanın KTMT-dən rəsmən imtina etdiyini göstərir. Əfqanıstandan Özbəkistan sərhədlərinə hərbi müdaxilə təhlükəsinin artdığı bir vaxtda KTMT-nin Tacikistanı müdafiə etməməsi rəsmi Daşkəndi şübhəsiz ki, Rusiyanın təklifindən çəkindirən başlıca amil olub. Rusiyanın xaricdə ən böyük hərbi bazası Tacikistanda yerləşir.
Rusiyanın və digər üzv ölkələrin hazırkı çətin vəziyyətdə Tacikistana yardım etmək istəmədiyini görən Özbəkistan KTMT-yə müşahidəçi, yaxud həqiqi üzv olmaq istəməz. Rusiyanın gizli planı isə terrorçuluğa qarşı mübarizə adı altında özbəkistanın Fərqanə vadisinə öz hərbi bazalarını yerləşdirmək və beləliklə keçmiş SSRİ-nin sərhədi boyu daha bir ərazini nəzarətə götürməkdən ibarətdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun zərurət yaranarsa, Tacikistan ərazisindəki 201-ci hərbi bazadan “Taliban”a qarşı istifadə olunacağı barədə dedikləri isə çox güman ki, rəsmi Düşənbədə və bölgə dövlətlərində əminlik yaratmağa hesablanmış diplomatik gedişdir. Görünür, Rusiyanın bu siyasi hiyləsini vaxtında anlayan Özbəkistan KTMT-dən imtina etməklə zərbədən yayınmağa çalışır. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
|