“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                 

“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq" - HƏQİQƏTƏN DƏ...
Tarix: 17-09-2021, 10:24 | Çap et
“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq"
Son günlər İranın nüvə proqramı ilə bağlı vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Bu ölkənin yaxın tezlikdə nüvə silahına sahib ola biləcəyi haqda İsrail və ABŞ-da həyəcan təbili çalınır.

İsrailin müdafiə naziri Benni Qantz qeyd edir ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. İsrailin baş naziri Naftali Bennet isə İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda, diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. ABŞ-ın “The New York Times” nəşri isə yazır: “Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək, nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var...”

Rəsmi Tehran isə, öz növbəsində, nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.

Belə hesab edilir ki, İran nüvə silahını hazırlamaqda davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər. ABŞ prezidenti Co Bayden də bundan əvvəl bildirib ki, İranla bağlı diplomatik yanaşma işə yaramazsa, ABŞ digər tədbirlərə də əl ata bilər.

Bundan narahat olan əsas tərəflərdən biri isə Ermənistandır. Çünki Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır. Bu ticarətin 80 faizi Ermənistana quru yolla çatdırılır. Regionda gərginlik yaranacağı təqdirdə bu yüklər ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq. Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Rusiyalı politoloq Aleksey Martınov qeyd edir ki, İran olmasa, Ermənistan “Türk dövlətlərinin əhatəsində olan yarı dövlət olacaq, varlığı şübhə altında olacaq”.

Ermənistanın İranın quyruğundan niyə möhkəm yapışdığının səbəbi əvvəldən də bəlli idi. İndi isə Ermənistan İran ətrafında ilk bomba partladığı vaxt onun da sonu yaxınlaşacaq, ac-yalavac, işıqsız, qazsız qalacaq. İrana görə Qərbə, xüsusilə Ağ Evdəki ağalarına qarşı çıxa bilməyəcəklər.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran ətrafında vəziyyət yenə də gərginləşir. İsrail kəşfiyyatı yəqin hansısa səhih məlumatlar əldə edib ki, İran nüvə silahı yaratmaq hazırlığındadır: “Belə görünür ki, İsrail kəşfiyyatı İranda güclü mövqelərə malikdir. Belə olmasaydı, son illər İranda tanınmış alimlər ard-arda qətlə yetirilməzdi. İsrail kəşfiyyatı oradan ciddi məlumatlar ala bilir. İndi, hər halda, səhih məlumata malikdirlər ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də İsrail artıq həyəcan təbili çalır. Amma ünvan kimi ABŞ-ı seçiblər. Lakin mən Co Baydenin prezident olduğu dövrdə ABŞ-ın İsrailə çox da böyük kömək edəcəyini düşünmürəm. Birincisi, Bayden Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olub və İranla nüvə anlaşmasını dəstəkləyən siyasətçilərdən biri kimi tanınıb. Baydenin indi də İranla müharibədə maraqlı olduğunu zənn etmirəm. Digər tərəfdən, ABŞ yenicə Əfqanıstandan çıxıb, özü də biabırcasına, nəticəsiz çıxıb. İraqda da ”əlləri yandı". Belə bir vəziyyətdə ABŞ-ın başqa bir müharibəyə qoşulacağını zənn etmirəm. Ona görər də İsrail başının çarəsini özü qılmalıdır. İsrail bilir ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də istisna etmirəm ki, İsrail İrana hansısa zərbələr endirə bilər. Amma bunun nəticəsi yaxşı olmayacaq. Çünki İranın özünün İsrailə gücü çatmasa, “Həmas” və “Hizbullah” vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu da regionda vəziyyəti xeyli gərginləşdirəcək".

İrana zərbələr endiriləcəyi halda, bunun Ermənistana təsirlərinin necə olacağına gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, şübhəsiz, İranın zərbə altında qalması, zəifləməsi Ermənistan iqtisadiyyatını çox ağır vəziyyətlə üz-üzə qoyacaq: “İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz Ermənistanı ciddi vuracaq. Ermənistan elə bir situasiya ilə üz-üzə qalacaq ki, İranı dəstəkləyə də bilməyəcək. Ermənistan hakimiyyətinin başı həm də Qərbin bıçağının altındadır. Bu amil İrəvanı İranı müdafiə etməkdən çəkindirəcək.

Ancaq onu da bilmək lazımdır ki, İsrail və ya başqa bir güclü dövlət İrana zərbələr endirəndə onun “qəlpələri” Azərbaycana da gəlib müxtəlif formalarda çatacaq.

Ona görə də biz nüvə məsələsinin həllini istəyirik, amma İranla dünya güclərinin müharibəyə başlamasında, İrana zərbələr endirilməsində maraqlı olmamalıyıq. Biz İrandakı bəzi qüvvələrdən fərqli olaraq qonşumuzun dağılmasını istəmirik. Biz istəyirik ki, İran Qarabağ məsələsində ədalətli olsun və Azərbaycanın həssaslığını nəzərə alsın. İranın öz siyasətini korrektə etməsini istəyirik".

İqtisadçı alim Fikrət Yusifov isə bildirdi ki, İran artıq uzun illərdir nüvə ölkəsi olmaq istiqamətində iş görür. Hətta uranın zənginləşdirilməsi üzrə işləri dayandırması barədə öhdəlik götürdüyü dönəmlərdə hazırlıqları gizli edirdi. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra isə məlum müqavilə pozuldu: “Bundan sonra İran özünün atom silahını hazırlamaq istiqamətində işlərini sürətləndirdi. Təbii ki, bunu qətiyyətlə demək çətindir, amma hiss olunan budur ki, İran bu silahın hazırlanması istiqamətində nəticəyə yaxındır. İsrail kəşfiyyatının bundan məlumatsız olmaması mümkün deyil. Böyük ehtimalla, İsrail hakimiyyətinin narahatlıqlarını artıq məlum formada dilə gətirməsi bununla bağlıdır. Ona görə də artıq İsrailin baş naziri və müdafiə naziri İranla diplomatik deyil, başqa mübarizə üsulundan danışırlar. Bunlar sadə siqnallar deyil. Faktiki olaraq güc tətbiq etmək nəzərdə tutulur. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə məsələnin güc tətbiq etmə, zərbə endirmə fazasına keçəcəyi ehtimalı yüksəkdir. İrana zərbə endiriləcəyi halda, İran iqtisadiyyatı da ciddi təsirlənəcək. İqtisadiyyatının böyük hissəsi İrandan asılı olan Ermənistan isə bu zərbənin altından çıxa bilməyəcək. İrana hərbi müdaxilə Ermənistanın iqtisadi baxımdan sarsılmasına gətirib çıxaracaq. Bu ölkənin iqtisadi durumu onsuz da acınacaqlıdır. İran nəfəsliyinin kəsilməsi və ya daralması Ermənistanın dövlət kimi ayaqda qalmasını çətinləşdirəcək.

İrana zərbə bütün qonşu ölkələrə problem yaradacaq. Bölgədə böyük humanitar fəlakət yaşanacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru