Qazan qaynayır, Ərdoğan və Putin görüşməyə hazırlaşır - Qarabağ məsələsi də müzakirə olunacaq...
Tarix: 18-09-2021, 12:01 | Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-qərbində baş verən zorakılıqları müzakirə etmək məqsədilə bu ayın sonlarında Rusiyada prezident Vladimir Putinlə görüşəcək. Bu barədə məlumatı iki Türkiyə rəsmisinə istinadən ötən gün “Reuters” agentliyi yayıb.
Xəbər verildiyi kimi, Suriyanın şimalında, bir il əvvəl Türkiyə və Rusiyanın birbaşa hərbi toqquşma riskinə gəlib çatdıqları İdlib bölgəsində qazan yenə qaynayır. Rusiya aviasiyası və Əsəd rejimi qüvvələri son günlər Suriyanın şimalında, İdlibdə müxalif qruplaşmalara qarşı hücumları artırıb. Rusiya aviasiyası o cümlədən Türkiyə sərhədinin cəmi bir neçə kilometrliyindəki yaşayış məntəqələrini və Türkiyə ordusunun müşahidə məntəqələrinin yaxınlığındakı nöqtələri vurur. Habelə PKK/YPG terrorçularının hücumları nəticəsində Türkiyə ordusu Suriyanın şimalında itkilər verir.
İdlibdə Əsəd rejimi və Türkiyəyə bağlı müxalif qruplaşmalar arasında döyüşlər 2020-ci ilin martında Ankara ilə Moskva arasında əldə edilmiş atəşkəs razılaşması əsasında dayandırılmışdı. Həmin vaxt Türkiyə ordusunun “Bayraktar” və digər dronları Əsəd ordusunun İdlibə hücumunun dayandırılmasına, hökumət qüvvələrinin və onlara bağlı qrupların ağır itkilər verməsinə səbəb olmuşdu.
İndi isə Əsəd yenidən İdlibə nəzarət etmək niyyətindədir və ehtimal olunur ki, Suriya diktatoru bu məsələni bir neçə gün əvvəl Moskvaya sürpriz səfəri zamanı Putinlə müzakirə edib.
Məlumatlara görə Suriya ordusu İdlib istiqamətində qüvvələr cəmləşdirir və irimiqyaslı yerüstü hücum əməliyyatının başlaması "an məsələsidir". Habelə İdlibdə Türkiyənin dəstəklədiyi 4 müxalif qruplaşma bu günlərdə "Suriya azadlıq cəbhəsi" adı altında 20 minlik vahid ordu şəklində birləşdiklərini elan ediblər və belə görünür ki, Əsəd ordusunun yeni hücumuna hazırlaşırlar.
“Reuters” yazır ki, hər iki tərəf-həm Rusiya, həm Türkiyə 18 ay bundan əvvəl imzalanmış atəşkəs razılaşmasının pozulmasından şikayətlənir. Türkiyə ötən şənbə günü bu bölgədə iki əsgərinin şəhid olduğunu xəbər verib. Adının çəkilməməsi şərtilə danışan Türkiyə rəsmisi deyib ki, Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan görüşdə gündəliyin əsas mövzusu Suriya, daha dəqiq deyilərsə, İdlib olacaq. Həmin rəsmi, İdlib razılaşmasının hələ də tam icra edilmədiyini vurğulayıb.
2020-ci ilin martında imzalanmış atəşkəs razılaşmasından əvvəl Türkiyə və Rusiya birbaşa toqquşma həddinə çatmışdılar.
Başqa bir vəzifəli Türkiyə rəsmisi isə “Reuters” agentliyinə deyib ki, Suriyada daha bir eskalasiya baş verməməlidir.
Ərdoğanın Rusiyaya planlaşdırılan ikigünlük səfərindən əvvəl Türkiyə prezidenti gələn həftə BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka yola düşəcək. Bu səfərlərin heç birinin dəqiq tarixi göstərilmir. “Reuters” yazır ki, Suriya və Liviya münaqişələrində Rusiya və Türkiyə qarşı duran tərəfləri dəstəkləsələr də, Moskva və Ankara arasında müdafiə, enerji və turizm sahələrində sıx əməkdaşlıq mövcuddur.
NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raket sistemi alması Türkiyə müdafiə sənayesi üzərinə ABŞ sanksiyalarının qoyulması ilə nəticələnib.“Reuters”-in müsahibi olan hər iki Türkiyə rəsmisi Ərdoğanla Putin arasında bu məsələnin, habelə enerji layihələrinin və turizmin müzakirə oluna biləcəyini deyib.
Xəbərdə deyilir ki, Ankara və Moskva habelə ötən il Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə rəqib olublar. Rusiya bu münaqişədə Türkiyənin dəstəklədiyi Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsinə nail olub. Bununla yanaşı Türkiyəyə atəşkəsin monitorinqində iştirak imkanı verilib. Bundan başqa Türkiyə bu ilin əvvəllərində Ukraynaya, daha sonra isə NATO üzvü Polşaya “Bayraktar” dronları satmaqla Rusiyanı qəzəbləndirib. Rəsmi bildirib ki, Soçi danışıqlarında həm Dağlıq Qarabağ, həm də dron məsələləri müzakirə oluna bilər.
virtualaz.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
|