Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                 

“Rusiya “dozalı demokratiya”dan daha militarist və totalitar sistemə keçəcək” - TƏHLİL
Tarix: 16-10-2021, 08:51 | Çap et
“Rusiya “dozalı demokratiya”dan daha militarist və totalitar sistemə keçəcək”
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Altılıq platforma”sı gündəmin əsas müzakirə mövzularındandır. Qeyd edək ki, “3+3” formatı da adlanan platforma üç Cənubi Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan və regionun üç böyük dövlətinin – Türkiyə, Rusiya və İranın əməkdaşlığını nəzərdə tutur.

Türkiyə, Azərbaycan və Rusiya sözügedən formatın reallaşmasında maraqlıdır. Digər ölkələrlə bağlı isə tərəddüdlər, problemlər mövcuddur. Məsələn, Ermənistan bu platformada təmsil olunacaqsa, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, yekun sülhə imza atmalıdır. Hələlik rəsmi İrəvan yekun sülhdən yayınmaqdadır.

İrana gəldikdə, rəsmi Tehran “3+3” formatına müsbət yanaşdığını bəyan edib. Daha doğrusu, Moskvada Rusiya və İran XİN başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında Tehranın “Altılıq platforması”na isti yanaşdığını Rusiya XİN rəhbəri elan etdi. Lakin son günlər İranın Azərbaycana qarşı əsassız ittihamları və təhdid xarakterli davranışları əməkdaşlığa soyuq yanaşdığını göstərir. Gürcüstan təbii ki, əməkdaşlığa can atır. Amma bu ölkə ilə bağlı problem ondadır ki, əraziləri Rusiya işğalı altındadır. Belə olan halda, rəsmi Tiflisin “3+3” formatında təmsilçiliyi qeyri-müəyyən görünür.

“Altılıq platforması” və regionun əsas güclərindən olan Moskvanın Cənubi Qafqaz siyasəti ilə bağlı AYNA-nın sualını cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənov deyib ki, “3+3” formatı reallıqdan uzaqdır.

O, fikrini belə əsaslandırıb ki, Gürcüstan ərazi bütövlüyü ilə bağlı məsələdə barışmaz mövqe tutub: “Rəsmi Tiflis anlayır ki, bu formatı dəstəkləməyin çətin fəsadları ola bilər. Bəzi postsovet dövlətlərindən fərqli olaraq, Gürcüstan siyasi rəqabətin olduğu, ictimai siyasətin inkişaf etdiyi bir ölkədir və ictimai fikir idarəetmədə mühüm rol oynayır. Başqa sözlə, Gürcüstan cəmiyyəti siyasi proseslərin müşahidəçisi yox, iştirakçısıdır”.

Rusiyanın regiona münasibətinə gəlincə isə Həsənov vurğulayıb ki, bunu bilmək və proqnozlaşdırmaq üçün Kremlin rəsmi təbliğatına istinad etmək olar: “Kremlin təbliğ etdiyi dəyərlər, dövlətin siyasi dizaynı və bu dizaynda KİV, Duma, cəmiyyətə ayırdığı rol dövlətin mahiyyət etibarilə Sovet İttifaqına dönüşünü təsdiqləyir. Bu dönüş qonşularla münasibətdə də özünü açıq şəkildə göstərir. Rusiya iqtidarı “kim bizimlə deyilsə, bizə qarşıdır” yanaşması ilə münasibətləri qurub və bu xətdən geri çəkilməyəcək”.

“2024-cü ildə isə Rusiya Prezidenti Vladimir Putinin ənənəvi “varis” planını həyata keçirəcəyini ehtimal etmək olar. Artıq müəyyən siqnallar var. Qəzetdə Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitskinin manifestini nəzərdə tuturam. Zənnimcə, müdafiə naziri Sergey Şoyqu prezidentliyə real namizəddir. Demək ki, növbəti illərdə təhlükəsizlik məsələsi bütün layihələrin və Rusiyanın inkişafında baza platforması kimi təqdim ediləcək. Bunu “harda Rusiya ordusu varsa, çətin ki, ordan çıxa, əksinə daha da möhkəmlənəcək” kimi də qəbul etmək olar”, - deyə analitik əlavə edib.

Həmsöhbətimiz hesab edir ki, hərbçilərin hakimiyyəti dövründə Rusiya ordusu, onun hərbi sənaye kompleksi iqtisadiyyatın dirçəlişi kimi təbliğ ediləcək: “Ordu vətənə xidmət ideologiyasının əsas mənbəyi olacaq. Başqa sözlə, biz indi “dozalı demokratiya”, “hibrid siyasi rejim”, yaxud “suveren demokratiya” kimi təqdim edilən Rusiya əvəzinə, militarist və izolyasiyaya üstünlük verən totalitar Rusiyanı görəcəyik. Deməli, Qarabağda Rusiya maraqlarını qorumaqla maksimum ərazi bütövlüyümüzü bərpa etməliyik. “Münaqişə bitib” demək reallıqla üst-üstə düşmür. Qarabağda Rusiya ordusunun qalmasını legitimləşdirmək erməni işğalına son qoymağın ən qısa həll yoludur. Düşünürəm ki, Rusiya ilə ziddiyyətdənsə, onun istəklərinə adekvat olmaqla, erməni işğalının bütün fəsadlarını aradan qaldırmaq mümkündür. Əks halda “insan hüquqları”, “ekzistensional təhlükə” kimi anlayışları istismar etməklə Qərbin sıramaq istədiyi diplomatik danışıqlar çox vaxt aparacaq”.

“Əlavə etməliyəm ki, Qarabağ münaqişəsinin uzunmüddətli həlli bütün siyasi güclərə sərf edir. Çünki siyasi güclər böhranlardan ancaq bəhrələnməyi bacarırlar. Vətəndaşı siyasi proseslərin autsayderi, müxalifəti yarımcan olan, islahatçı qanadının yetişmədiyi, xaricdən tutarlı dəstəyin olmadığı cəmiyyətlərdə iqtidarlar bu işin öhdəsindən asanlıqla gəlir”, - deyə politoloq fikrini tamamlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru