İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                 

Rusiya Avropanın enerji xəritəsini dəyişdirir – Polşa bundan sonra qazı Almaniyadan alacaq
Tarix: 3-11-2021, 09:48 | Çap et
Rusiya Avropanın enerji xəritəsini dəyişdirir
Havalar soyuduqca, Rusiyanın Avropa İttifaqına qarşı qaz basqıları da artıb.

Ovqat.com-un məlumatına görə, Rusiyadan Yamal-Avropa boru kəməri vasitəsilə Polşa üzərindən Avropaya qaz axını tamamilə dayandırılıb.

Bundan əlavə, “Qazprom” Ukrayna üzərindən Avropaya nəql etdiyi qaz axışını da yarıbayarı azaldıb. Məlumata görə, “Qazprom” 2022-ci ilin birinci rübündən üçüncü rübünədək Ukraynanın qaz nəqli sistemi ilə əlavə tranzit imkanları bron etməyib. Halbuki, Ukraynanın GTS operatoru hərracda Sudja stansiyası ilə gündə 9,8 milyon kubmetrə qədər və Soxranovka stansiyasından gündə 5,2 milyon kubmetrə qədər əlavə qaz nəql etmək üçün tranzit imkanlarını təklif etmişdi. Yəni, ümumilikdə, gündə 15 milyon kubmetrədək əlavə həcmdən söhbət gedirdi. Görünən budur ki, Ukraynanın bu təklif qəbul olunmayıb.

“Qazprom”-un Polşadan və Ukraynadan keçən kəmərlərlə bağlı qərarından sonra Avropada qazın qiyməti 15%-dən çox artıb. Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 880 dollara yüksəlib. Bir çox Qərb analitikləri, o cümlədən “Bloomberg” nəşrinin enerji mütəxəssisləri “Qazprom”un bu addımlarını davam edən enerji böhranı fonunda Rusiyanı Avropada vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər söz vermişdi ki, “Qazprom” Avropanın ehtiyacı olan bütün qazı tədarük etməyə hazırdır.

“Qazprom”un hərraclarda iştirakdan imtinasından sonra Ukraynanın GTS operatorunun rəhbəri Sergey Makoqon həyəcan təbili çalın: Rusiya qazının Ukrayna ərazisindən tranziti oktyabrın 1-i ilə müqayisədə noyabrın 1-dən sutkada 57 milyon kubmetrə qədər azalıb. Nəzərə alsaq ki, bu zamanadək Ukraynadan Avropaya qaz nəqli sutkada 86 milyon kubmetr idi, bu nəqlin 1\3-nin azalması anlamına gəlir. Üstəlik, Ukrayna ilə “Qazprom” arasında bağlanmış müqaviləyə əsasən, rus şirkəti bu boru xəttinə sutkada 109 milyon kubmetr qaz vurmalıdır. Belə çıxır ki, tranzit müqavilədə nəzərdə tutulandan iki dəfə çox azalıb. Bu minvalla “Qazprom” may ayının sonuna qədər Aİ-yə təxminən 5 milyard kubmetr qaz tədarük etməyəcək. Ötən şənbə günündən etibarən Yamal-Avropa vasitəsilə Polşadan qaz nəqlinin dayandırılmasını da hesaba qatsaq, bu rəqəm xeyli böyüyür.

“Qazprom” isə Avropanın enerji analitiklərinin şərhləri ilə razılaşmır. Şirkətin fikrincə, Ukrayna tranzitinin azalması və Polşa üzərindən isə tamamilə dayandırılması qanunidir və Avropa İttifaqına qaz nəqlinin kəsintisi anlamına gəlmir. Bu kəsintilər onunla izah oluna bilərdi ki, oktyabrın 1-dən “Qazprom” Macarıstana Ukraynadan deyil, “Türk axını”nın davamı olan “Balkan axını” ilə qaz tədarük etməyə başlayıb. Təbii olaraq, Ukrayna vəziyyətin bu cür dönüşündən çox narazı qalıb, hətta “Qazprom”la Macarıstan arasında razılaşmanın Avropanın enerji qanunvericiliyinə nə dərəcədə uyğun olub-olmadığına hüquqi qiymət vermək üçün Avropa Komissiyasına müraciət edib.

Polşa üzərindən qaz nəqlinə gəlincə, Almaniyanın təbii qaz kəməri operatoru “Gascade” şirkəti də etiraf edib ki, 30 oktyabr 2021-ci il şənbə günündən etibarən “Qazprom” tərəfindən idarə olunan Yamal-Avropa boru kəmərindən qaz almaq mümkün deyil. Açıqlamaya görə, boru kəmərinin Almaniyaya giriş nöqtəsi olan Mallnovaya qaz axını dayanıb. Qaz indi Polşadan Almaniyaya yox, tam əksinə, Almaniyadan Polşaya axacaq.

Rusiyanın Avropaya qaz nəqli xəritəsini yenidən cızması iki səbəblə izah olunur. İlk səbəb, sözsüz ki, Moskvanın “üzünə ağ olan” keçmiş müttəfiqlərini “xəyanətlərinə” görə cəzalandırmaq cəhdidir. Moskvanın məqsədi öz ətrafındakı Rusiya əleyhdarı hakimiyyətləri sarsıtmaq, ya özündən asılı vəziyyətə gətirməklə əvvəlki istehşamını bərpa etmək, ya da onları devirib Rusiyapərəst qüvvələri hakimiyyətə gətirməkdir. Məqsəd Şərqi Avropa ölkələrini Qərbdən uzaqlaşdırmaq olduğundan “Qazprom” vasitəsilə həyata keçirilən bu tədbirlər iqtisadi yox, siyasi xarakter daşıyır və Avropa İttifaqı qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu səbəbdən də qurumun müvafiq orqanlarının ciddi reaksiyası ilə üzləşə bilər.

Digər bir səbəbdən isə, Rusiyanın Avropanı qaz böhranı faktı qarşısında qoyaraq, özünün “Şimal axını-2” layihəsini ona qəbul etdirmək ola bilər. Məlum olduğu kimi, Avropaya qaz nəqlini ikiqat artıracaq “Şimal axını-2” boru kəmərinin inşası artıq tamamlanıb, hətta borular qazla da doldurulub. Layihənin fəaliyyətə başlaması üçün “Qazprom” Almaniya Federal Şəbəkə Agentliyinin sertifikatını gözləyir. Bundan əlavə, Aİ də qaz direktivinə uyğun olaraq xətti təsdiq etməlidir. Rusiyanın qaz ixtisarları da Aİ-yə təzyiq etmək istəyi ilə əlaqələndirilir.

“Qazprom” isə Avropaya qaz nəqlini azaltmasını tamamilə hüquqi prosedurlarla izah edir. Şirkətin iddiasına görə, Yamal - Avropa vasitəsilə Polşadan tranziti ilə bağlı bağlanan müqavilə 2020-ci ildə başa çatıb. Bundan sonra Polşa “Qazprom” ilə yeni tranzit müqaviləsi imzalamaq istəməyib. Varşava Avropa rəsmiləri tərəfindən təklif olunan hərraclarda tranzit imkanlarının bron edilməsi sxeminə keçib. Buna görə də, Polşadan keçən boruya qaz vurulmur. Ukrayna ilə bağlanan müqavilənin bitməsinə isə hələ 2 il var. Buna baxmayaraq, “Qazprom” Ukraynanın tələb etdiyi həcmdə qaz verməyə borclu deyil, 2022-ci ildə müqavilənin yenilənməsinə də həmçinin.

Qiymətlərin bahalaşmasının əsl günahkarına gəlincə, Moskvanın fikrincə, bu, digər tədarükçülər arasında axtarılmalıdır. Çünki Norveç, Əlcəzair, ABŞ kimi digər tədarükçülər Avropaya qaz nəqlini artırıb onu enerji böhranından xilas edə bilərlər. Onlar isə nəinki bunu etmir, hətta ABŞ Avropaya LNG qazı tədarükünü tamamilə dayandırıb, daha çox qazanc əldə etmək üçün öz sıxılmış qazını Asiya bazarına çıxarır.

Bir sözlə, Rusiyanın ABŞ-la qaz müharibəsinin acılarını Avropa çəkir. Xüsusilə qış aylarında Avropanı soyuqla imtahana çəkilmək gözləyir.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru