Rusiya Ukraynaya qarşı asimmetrik gedişlərə əl ata bilər - TƏHLİL
Tarix: 5-11-2021, 15:04 | Çap et
Ukraynanın Türkiyədən aldığı “Bayraktar-TB2” zərbə PUA-larını Donbas əyalətində tətbiq etməsi Ukrayna münaqişəsi ətrafında Rusiyanın yaratdığı mürəkkəb vəziyyəti daha da qəlizləşdirib. Məlumat üçün bildirək ki, oktyabrın 26-da Donetsk əyalətinin Qranitnı yaşayış məntəqəsində separatçıların “D-30” artileriya qurğusuna “Bayraktar-TB2” döyüş PUA-sı vasitəsilə raket zərbəsi endirilib. Rəsmi Kiyevin bildirdiyinə görə, bu zərbə bir gün əvvəl separatçıların Ukrayna ərazisini atəşə tutmasına cavab olaraq həyata keçirilib. Ukrayna Birləşmiş Hərbi Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev söyləyib ki, Ukraynaya qarşı hərbi təhlükənin artacağı yerlərdə bundan sonra da “Bayraktar TB2”dən istifadə olunacaq. Hazırda Ukraynanın 12 belə PUA-sı var, onların sayının yaxın vaxtlarda 48-ə çatdırılacağı bildirilir.
Rusiyanın rəsmi təbliğat maşını zenit raket komplekslərinin PUA-ları asanlıqla zərərsizləşdirə bildiyini nə qədər iddia etsə də, Moskva gözəl bilir ki, “Bayraktar”larla mübarizə aparmaq üçün onun arsenalında anoloji vasitə yoxudr. Bunu Liviya, Suriya və Qarabağdakı real döyüş şəraiti sübut edib. “Bayraktar”lar hava hücumundan müdafiə komplekslərindən asanlıqla yayınaraq, atəş nöqtələrini zərərsizləşdirirlər. Yəni Ukraynanın separatçıların nəzarətində olan ərazilərindən ölkənin əsas ərazisinə zərbə endirmiş istənilən hərbi texnika PUA-lar vasitəsilə asanlıqla məhv edilə bilir. Bunun qarşısını almaq üçün Rusiya nə etməlidir?
Moskva Ukraynaya “Bayraktar” satdığına görə Türkiyəyə etiraz edə bilmir. Bu mənada Kremlin ən sərt bəyanatı Rusiya prezidentinin sözcüsü Peskovun “Bayraktar”ların Ukraynaya satılması bölgədə gərginliyi artıracaq” şəklində olub. Bir də, Türkiyədən Rusiyaya ixrac olunan 500 milyon dollarlıq mandarinin ölkəyə girişinə qadağa qoyulub. Bunun da əks təsiri yenə Rusiyaya olacaq. Rusların xüsusi təmtəraqla qeyd etdikləri Yeni İl ərəfəsində bazarlarda mandarinin qiyməti qalxacaq. Odur ki, mandarin qadağasının uzun sürəcəyini gözləmək olmaz.
Əslində Moskvanın Ukraynaya “Bayraktar” satdığına görə Ankaradan küsməsi də əsassız sayılır. Çünki Rusiya özü bəyan edir ki, Ukraynaya qarşı müharibə aparmır, ukraynalılar ruslarla qardaş xalqdır, sadəcə, şərqdə öz hüquqlarını tələb edən rusdilli ukraynalıların hüquqlarını müdafiə edir. Belə olan halda, əgər Rusiya Ukrayna ilə müharibə şəraitində olmadığını bəyan edirsə, bu ölkəyə silah satışından niyə narahat olmalıdır? Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun məsələyə dair bəyanatı bu məntiqi əks etdirir. Çavuşoğlu deyir ki, Ukraynaya “Bayraktar”ların satışı Rusiyaya qarşı yönəlməyib: “Əgər Moskva istəyirsə onlara da bu silahdan sata bilərik”.
Ankara faktik olaraq Rusiyanın vaxtilə Azərbaycan və Ermənistana yönəlik hərbi strategiyasının oxşarını Moskva ilə Kiyevə tətbiq edir. Necə ki, vaxtilə Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olmalarına baxmayaraq, Rusiya hər iki ölkəni özünün strteji tərəfdaşı elan edib, İrəvana bir çox hallarda pulsuz, Bakıya isə “Avropa standarlarına uyğun qiymətlərlə” silah verirdisə, eləcə də Türkiyə oxşar formulu tətbiq edir. Bircə fərq ondan ibarətdir ki, Ukraynadakı dolaşıq münaqişə vəziyyətini Türkiyə deyil, Rusiyanın özü yaradıb və günahkar axtarışına çıxması tamamilə yersizdir.
Preblemin digər tərəfi ondan ibarətdir ki, Rusiya Ukraynanın “Bayraktar”ları ilə döyüşmək üçün Türkiyə və yaxud digər ölkələrdən (məsələn, Çindən) anoloji silah alıb, separatçılara verə bilmir. Səbəb çox sadədir: Bu ilk növbədə özünün hərbi potensialı ilə övünən Rusiyanın hərbi-siyasi imicini zədələyəcək. İkincisi, əgər alınsa belə, bu silahın separatçıların istifadəsinə verilməsi mükün olmayacaq. Çünki heç bir dövlət Avropanın mərkəzində separatçıları dəstəkləyən ölkə kimi ad çıxarıb, Qərblə düşmən olmaq istəməyəcək. Heç Rusiyanın özü də açıq-aşkar separatçı Luqansk və Donetsk respublikalarını dəstəkləyən ölkə kimi gündəmə gəlmək istəməz. Əgər münaqişə yenidən alovlanarsa, bu Rusiyanın Avropanın mərkəzində hərbi münaqişənin təşəbbüskarı kimi ciddi ittihamlarla üzləşməsi deməkdir.
Rusiya üçün imicini korlamamaq şərtilə Ukraynanı hərbi yolla ram etmək variantlarından ən məqbulu Krım yarımadası ətrafında gərginlik yaradıb, Ukraynanın hərbi zərbə endirdiyini bəhanə gətirərək, uğurlu əks-hücum həyata keçirmək ehtimalıdır. Belə olarsa, Rusiya öz hərbi potensialından tam mənasıyla istifadə edə, hətta xaricdən alacağı PUA-larla Ukraynanın PUA-larını da zərərsizləşdirə, bu yolla Kiyevin Luqansk və Donetskə müdaxiləsini də dayandıra bilər. Rusiyanın yarımadada hərbi qüvvələrinin sayını artırması bu ehtimalı gücləndirir. Məhz bu səbəbdən rəsmi Kiyev heç bir halda Krımın öz nəzarətinə qaytarılması ilə bağlı hərbi manevrlərə baş vurmaq niyyətindən söz açmır. Ukrayna Krımla bağlı daha çox diplomatik təzyiq metodlarına baş vurur.
Ancaq mümkün Krım əməliyyatının da Rusiyaya problem yaratmayacağına heç kim zəmanət verə bilməz. Belə ki, kiçik hərbi əməliyyat genişlənə və bütün Ukrayna ərazisini əhatə edə bilər. Nəticədə Rusiya Ukrayna meydanında NATO hərbi qüvvələriylə qarşı-qarşıya dayanmaq məcburiyyətində qalacaq. NATO-ya üzv ölkələrin dayanmadan Ukrayna ilə birlikdə hərbi təlim keçirmələri, üstəlik Şimali Alyansla Rusiyanın diplomatik münasibətlərinin tam pozulması şəraitində bu ehtimal istisna edilməməlidir.
Tofiq Vahid AzVision.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|