Aslanlı-Cavadov tandemi: - Başgicəlləndirici tərəqqidən tənəzzülə bircə addım...
Tarix: 6-09-2017, 10:05 | Çap et
Ötən ayın əvvəlində Azad Cavadovun Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru vəzifəsindən kənarlaşdırılmasının ölkənin bank sektorundakı qeyri-müəyyənliyin aradan qaldırılmasında və qəsdən bulandırılmış suların tədricən durulmasında dönüş nöqtəsi olacağına inam yarandı. Ancaq bu gözləntilər bu dəfə özünü doğruldacaqmı...?
Oxucuların diqqətinə çatdıraq ki, Azad Cavadov iş karyerasına 1992-ci ildə Azərbaycan Milli Bankının Ödəniş Departamentində statistika üzrə Baş iqtisadçı vəzifəsindən başlayaraq Mərkəzi Bankın Valyuta tənzimlənməsi və Xarici Əməliyyatlar Departamentində şöbə müdiri, Mühasibatlıq Departamentində Direktor Müavini, Azərbaycan Beynəlxalq Bankının Mühasibatlıq Departamentinin Direktor Müavini, həmin Departamentin Direktoru, Xəzinədarlıq Departamentinin Direktoru, AtaBank ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının Sədri vəzifəsinədək yüksəlib. 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru olub.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur. Himayəçilik Şurası 7 nəfərdən ibarətdir və onun tərkibinə Mərkəzi Bankın 3 nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının 2 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxildir. Fondun icraçı direktoru Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun səlahiyyət müddəti 5 ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
Amma avqustun 1-də dövlət başçısı imzaladığı sərəncamla Azad Cavadova fəaliyyətini növbəti 5 il davam etdirməsi üçün şans tanımayıb. Azad Cavadovun özü prezidentin bu sərəncamını şərh etməkdən boyun qaçırsa da jurnalistlərin sualına bircə cümləlik cavabında bildirib ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş dəyişikliyə görə, onun 10 illik səlahiyyət müddəti başa çatıb.” Amma təbii ki, onun növbəti dəfə bu posta təyin olunması da mümkün idi. Amma heç kimə sirr deyil ki, ölkənin bank-maliyyə ssektoruna cavabdehlik daşıyan rəhbər şəxslər bir-birinin ardınca kommersiya banklarının kitabını bağlayan Azad Cavadovun fəaliyyətindən “məmnun”luqlarını öz kanalları ilə dövlət başçısına çatdırmağa müvəffəq olublar və beləliklə də bir vaxtlar məşhur bankların bir-birinin ardınca "torbasının tikilməsi"ndən həzz alaraq “tədricən bütün bankları biz ləğv edəcəyik” deməkdən çəkinməyən Azad Cavadovun özünü "ləğv edərək" kreslosuz qoymağı bacardılar.
Yeri gəlmişkən, iqtisadçı millət vəkili Vahid Əhmədov da Azad Cavadovun vəzifəsindən kənarlaşdırılmasında hansısa səbəblərin mövcud olduğunu bu sözlərlə ifadə etmişdi: “Ehtiyac olsaydı, Azad Cavdov yenə də seçilərdi. Görünür onun vəzifədən uzaqlaşdırılmasına hansısa səbəb olub”.
Moderator.az “hansısa səbəb”in axtarışına çıxıb və bir vaxtlar “Domokl qılıncı”kimi bankların qorxunc yuxusuna çevrilmiş Azad Cavadovun niyə vəzifədən kənarlaşdırılmasını müəyyənləşdirməyə çalışıb. Bəlli olub ki, Azad Cavadov artıq karyerasında bərpaolunmaz tənəzzül dönəmi yaşayan Rüfət Aslanlının - Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının artıq nəzarəti itirməkdə olan rəhbərinin ən yaxın adamı olduğundan belə bir aqibətlə üzləşib.
Xatırladaq ki, 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru vəzifəsində çalışan Azad Cavadov personası son illərədək demək olar ki, heç nəzərə çarpamayıb. Əmanətlərin Sığortalanması Fondu adlı qurumun mövcudluğundan da demək olar ki, ictimaiyyət və mətbaut az məlumatlı olub.
Amma elə ki, Rüfət Aslanlı Mərkəzi Bank sədrinin bir sıra səlahiyyətlərini ələ keçirərək karyerasının zirvəsində az qala ölkənin bütün bank-maliyyə sferasında olan iriçaplı məmurlara meydan oxumağa başladı, o zaman Azad Cavadovun da ulduzu parlamağa başladı. Tezliklə dostu Aslanlı tərəfindən Cavadova daha bir gözqamaşdırıcı vəzifə - bağlanmaqda olan bankların ləğvedicisi statusu da həvalə edildi. Beləliklə, ölkənin 43 kommersiya bankının hulqumu Aslanlı-Cavadov tandeminin əlinə keçdi. Amma ildırımsürətli karyera yüksəlişi Rüfət Aslanınlının gözlərini elə qamaşdırdı ki, qısa zamanda onun ağılasığmaz səlahiyyətlər əldə etmək niyyəti barədə dövlət başçısına müfəssəl dosye təqdim edildi və onun yersiz hikkəsinin çox ciddi fəsadlar verməyə başladığı barədə prezidentə məruzə olundu. Beləliklə də dövlət başçısı iyunun 23-də növbəti fərman imzalayaraq Rüfət Aslanlını demək olar ki, əsas səlahiyyətlərindən məhrum etdi. Nəticədə MBNP əsas sükanı qurumun İcraçı Direktoru İbrahim Alışova həvalə edildi. Buna qədər Rüfət Aslanlı Milli Məclisin iclsında deputatlar tərəfindəbn topa tutulmuşdu və artıq görünən o idi ki, Rüfət Aslanlının sürətli yükəslişi kimi tənəzzülü də qaçılmaz olacaq.
Yeri gəlmişkən, bu günlərdə Rüfət Aslanlının dəbdəbəli həyat tərzi və əyləncə həvəsi barədə mətbuatda maraqlı yazılar işıq üzü gördü. Bu arada MBNP rəhbərinin Türkiyənin məşhur restoranlarından birində təşkil etdiyi ziyafət barədə Moderator.az-a da ilginc məlumat daxil olmuşdu. Məlumatda bildirilirdi ki, "...İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan "Sunset" restoranında VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş. Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub. Həmin cəlbedici təklif də bahalı "Petrus" şərablarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə "yox" deyə bilməyiblər..."
Təbii ki, həmin ziyafətdə içilən bahalı şərabların qoxusu qısa zamanda Türkiyəyə yayılaraq bu ölkədə yaşayan soydaşlarımızın da “burnuna” çatmışdı...
Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, iddiaya görə, Rüfət Aslanlı restorana xidmət haqqını nağd şəkildə deyil, kartla ödəyib. Belə ki, mənbəmizin israrlı iddiasına görə R. Aslanlı restoranın 25 min dollarlıq hesabını “Muğanbank”ın ödəmə kartı ilə bağlayıb. Oxucuların diqqətinə çatdıraq ki, bu iddianı sübut edəcək hər hansı ödəmə qəbzi və ya hesab blankı əldə etmək cəhdlərimiz hələlik uğursuz olub. Amma təbii ki, müvafiq dövlət qurumları bu iddianın nə dərəcədə doğru olub-olmadığını asanlıqla müəyyənləşdirə bilər və ümid edirik ki, bu istiqamətdə də araşdırma aparılıb həqiqətin üzə çıxmasına təşəbbüs göstəriləcək. Təbii ki, bundan təkcə Moderator.az oxucuları deyil, bütövlükdə cəmiyyət məmnun qalardı... \\moderator.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|